Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1123/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarlarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1123/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş və qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-824/2024 saylı qərarı ilə ləğv edilmiş və şikayət icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ-nin) 27-ci Polis Bölməsinin (PB-nin) əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qulluq mövqelərindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə ona 2 dəfə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat əsassız və qanunsuz “cərimə” yazıblar, saxta “protokol”un və qərarın surətini (varsa!?!) ona verməyiblər. Ona terminaldan məlum olub ki, X7, xidmət növünün adı: inzibati xətalar törədilməsinə görə tətbiq olunmuş digər cərimələr, Ödənişi alan təşkilatın HÖP-də qeydiyyat adı: Bakı ŞBPİ, Ödəyicinin identifikasiya kodu: 2ROE7VC, Fin kod: 2ROE7VC üzrə carı borc (qalıq borc) 80 manat qərəzli, əsassız və qanunsuz “cərimə” yazılıbdır. Amma, terminaldan da protokolu və qərarı ala bilməmişdir. O, “maraqlı şəxsin nümayəndəsi tərəfindən vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən sui-istifadə edilərək, inzibati xəta törədilməsinə əsas verən sübut olmadan, qərəzli, əsassız və qanunsuz tətbiq olunmuş “cərimə”nin silinməsinə dair məcburetmə qərarı qəbul edilməsi barədə ədalətli Məhkəmə aktı çıxarılması” tələbinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə 4 ay əvvəl elektron kabinet və poçt şöbəsi vasitəsilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Onun xx.xx.2024-cü il tarixdə elektron kabinet və poçt şöbəsi vasitəsilə Sabunçu Rayon Məhkəməsinə verdiyi ərizəsi dəfələrlə tələb etdiyinə görə 22 gündən sonra, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınıb. Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova xx.xx.2024-cü il tarixli 3(008)-1350/2024 Nq-İİ qərəzli, əsassız və qanunsuz qərardad ilə X2 Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixli EXP. ******* saylı və xx.xx.2023-cü il tarixli EXP 13685590 saylı protokolları əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün “aidiyyəti üzrə” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin, qərara alıb, şikayət vermə vaxtını göstərməyib və ona gec verib. Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadə 3(004)- 1123/2024 №-li xx.xx.2024-cü il tarixli qərəzli, əsassız və qanunsuz qərardadı ilə X2 Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixli EXP ******* saylı və xx.xx.2023-cü il tarixli EXP 13685590 saylı protokolları əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmasını qərara alıb. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-824/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilib, həmin qərardad ləğv edilmişdir, şikayəti icraata qəbul edilib baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. AR İPM-nın 13-cü maddəsinə görə Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. AR İPM-nın 14-cü maddəsinə görə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. AR İPM-nin 34-cü maddəsinə əsasən 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. 34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Onu məhkəmədə təmsil etməsi üçün yaxın qohumu, yəni atası X3 xx.xx.2009-cu il tarixdə notariat qaydada rəsmiləşdirilmiş 7E-09-2512 nömrəli etibarnamə ilə nümayəndə səlahiyyəti vermişdir. AR MPM-nın 69.1-1 -ci maddəsinə görə fiziki şəxsin yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) nümayəndə ola bilər. Nümayəndənin məhkəmədə iştirak etməsi səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. AR İPM-nın 27.1 -ci maddəsinə görə \nzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. AR İPM-nın 31-ci maddəsinə görə 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 3(004)-1123/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı qərəzli, əsassız, qanunsuzdur, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-824/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilmiş, həmin qərardad ləğv edilmişdir, şikayəti icraata qəbul edilib baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Odur ki, tam, hərtərəfli və obyektiv araşdırılmalıdır, onun ərizə və vəsatət tələblərinin tam təmin edilməsinə və Qanunun Aliliyi təmin edilməyəcəyi təqdirdə 10.000 (on min) manat məbləğində kompensasiya pulunun maraqlı şəxs Yasamal Rayon Polis İdarəsindən alınıb ona ödənilməsinə dair ədalətli, əsaslı, qanuni qərar qəbul edilməlidir və bu işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarlar əsassız olaraq tərtib edildiyindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP seriyalı ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə səhər saatlarında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP seriyalı ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə səhər saatlarında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)- 824/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1123/2024 saylı qərardadı ləğv edilmiş və şikayət icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarlarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslı olaraq qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarları qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı və xx.xx.2023-cü il tarixli, EPQ seriyalı ******* saylı qərarlarından verdiyi şikayət təmin edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1123/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1123/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver