Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1125/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1 və X5 vəkili X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MTK-nın qanuni təmsilçisi X12 və onun vəkili X3 iştirakları ilə, 07 iyul 1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 03 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 2arixli icra vərəqəsinə əsasən X7 24600 manat məbləğində və 2(004)-499/2020 saylı, 03.02.2020-ci il tarixli icra sənədi üzrə X8 21000 manat məbləğində pul “xxxx” MTK tərəfindən ödənilməmişdir. Nəticədə “xxxx” MTK-nın rəhbəri X20 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2arixli icra sənədinə əsasən X11 ilə “xxxx” MTK arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki, 60 kv. metrdən ibarət 58 saylı mənzilinə dair bağlanmış 07.12.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. X11 tərəfindən həmin mənzillə bağlı “xxxx” MTK-nə ödədiyi 24600 (iyirmi dörd min altı yüz) manat pul “xxxx” MTK-dan alınaraq X7 qaytarılması qət edilmişdir. ünvan 3ixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 39 saylı evin 62A saylı mənzilinə dair “xxxx” MTK ilə X15 arasında bağlanmış 13 iyul 2007-ci il tarixli, 01 saylı müqavilə ləğv olunmuş və X15 tərəfindən ödənilmiş 21000 (iyirmi bir min) manat məbləğində pul cavabdeh “xxxx” MTKdan tutularaq iddiaçı X8 ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdeh “xxxx” MTK-dan tutularaq iddiamı X8 ödənilməsi qət edilmişdir. ünvan 2arixli icra sənədi üzrə icraata 27.01.2021-ci il tarixli qərarlarla, ünvan 3ixli icra vərəqəsi üzrə icraata 25.08.2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclunun ümumi borcu 2(004)-8765/2017 saylı, 26.12.2017-ci il tarixli icra sənədi üzrə 24600 (iyirmi dörd min altı yüz) manat və 2(004)- 499/2020 saylı 03.02.2020-ci il tarixli icra vərəqəsi üzrə 21000 (iyirmi bir min) manat təşkil edir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu X20 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X20 öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarlarına hörmətlə yanaşır. X7 10 iyun 2021-ci il tarixdə 1000 manat və növbəti hər ay üçün 1000 manat olmaqla cəmi 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və bununla bağlı zərərçəkmiş şəxs və onun vəkili ilə razılığa gəlmişlər. Bundan əlavə X8 03 iyun 2021-ci il tarixdə 1000 manat ödəniş etmiş və növbəti hər ay üçün 1000 manat olmaqla cəmi 21000 (iyirmi bir min) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və bununla bağlı zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər. Göstərilən halların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 bildirmişdir ki, ünvan 2arixli icra sənədi üzrə borclu “xxxx” MTK tərəfindən ona 21000 (iyirmi bir min) manat ödənilməlidir. Həmin məbləğin 1000 (bir min) manatı ona 03.06.2021-ci il tarixdə ödənilmişdir. Borcun qalan hissəsini isə hər ay 1000 (bir min) manat ödənilməsinə razılaşdıqlarını bildirmişdir. Göstərilənlərə əsasən X20 barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 vəkili X19 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Sədaqət Zeynalova “xxxx” MTK-dan 24600 (iyirmi dörd min altı yüz) manat pul tələbi üzrə hər ay 1000 (bir min) manat ödəniş edilməsinə razılıq vermişdir. Göstərilənlərə əsasən X20 barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: ünvan 2arixli icra sənədinə əsasən X11 ilə “xxxx” MTK arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki, 60 kv. Metrdən ibarət 58 saylı mənzilinə dair bağlanmış 07.12.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. X11 tərəfindən həmin mənzillə bağlı “xxxx” MTK-nə ödədiyi 24600 (iyirmi dörd min altı yüz) manat pul “xxxx” MTK-dan alınaraq X7 qaytarılması qət edilmişdir. İcra sənədi üzrə icraata 27.01.2021-ci il tarixdə başlanılmış, borclu X16 tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, ünvan 2arixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi 15.03.2021-ci il tarixdə imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. ünvan 3ixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 39 saylı evin 62A saylı mənzilinə dair “xxxx” MTK ilə X15 arasında bağlanmış 13 iyul 2007-ci il tarixli, 01 saylı müqavilə ləğv olunmuş və X15 tərəfindən ödənilmiş 21000 (iyirmi bir min) manat məbləğində pul cavabdeh “xxxx” MTKdan tutularaq iddiaçı X8 ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdeh “xxxx” MTK-dan tutularaq iddiamı X8 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 25.08.2020-ci il tarixdə başlanılmış, borclu X16 tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, ünvan 3ixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi 15.03.2021-ci il tarixdə imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. X20 tərəfindən verilmiş 03.06.2021-ci il tarixli iltizamdan görünür ki, ünvan 2arixli icra sənədi ilə bağlı X7 “xxxx” MTK tərəfindən ödənilməli olan 24600 (iyirmi dörd min altı yüz) manat məbləğindən 1000 (bir min) manatını 10 iyun 2021-ci il tarixdə, qalan hissəini isə ayda 1000 (bir min) manat olmaqla ödəməyi öhdəsinə götürür. X13 tərəfindən 03.06.2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, ünvan 2arixli icra sənədi üzrə borclu “xxxx” MTK tərəfindən ona 21000 (iyirmi bir min) manat ödənilməlidir. Həmin məbləğin 1000 (bir min) manatı ona 03.06.2021-ci il tarixdə ödənilmişdir. Borcun qalan hissəsini isə hər ay 1000 (bir min) manat ödənilməsinə razılaşmışlar. X5 vəkili X19 tərəfindən 03.06.2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, hüquqlarını müdafiə etdiyi Sədaqət Zeynalova “xxxx” MTK-dan 24600 (iyirmi dörd min altı yüz) manat pul tələbi üzrə hər ay 1000 (bir min) manat ödəniş edilməsinə razılıq vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu X20 tələbkar X8 borcundan 1000 (bir min) manat ödəniş etmiş, və tələbkarlarla qarşılıqlı razılığa gəlmiş, digər tələbkar X11 ilə qarşılıqlı razılıq əldə edilmiş və bununla bağlı tələbkarlar məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu X12 hərəkətlərində icra sənədini icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki ünvan 2arixli və ünvan 3ixli icra sənədlərinin icra edilməməsi ilə bağlı X12 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 03 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1125/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1125/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver