Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1131/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Baba-zadə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X3 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş 08 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərardan verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Baba-zadə X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 08 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda,inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Şikayət ərizəsindən və iş materiallarından görünür ki, şikayətçi Baba-zadə X4 oğlu 08 mart 2021-ci il tarixdə istifadəsində olan **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Rəşid Behbudov küçəsi ilə Xəqani küçəsinin kəsişməsində idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə o, 08 mart 2021-ci il tarixdə Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş elektron qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh tədbiri təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti və ərizədən görünür ki, şikayətçi Baba-zadə X4 oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Beləliklə iş materiallarından müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Səbail rayonunun inzibati ərazisidir. Şikayətçi Baba-zadə X4 oğlu tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Baba-zadə X4 oğlunun Bakı şəhər BPİ DYPİ tərəfindən İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş 08 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti, yəni inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Baba-zadə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən qəbul edilmiş 08 mart 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli elektron qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1131/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1131/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver