Məhkəmə qərarları › İş №3(004)-1133/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1133/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1133/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu AR Dovlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X2 tərəfindən 16.02.2022-ci il tarixdə AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, AR Dovlət Sosial Müdafiə Fondu onun mülkiyyətində (istifadəsində) olan “Khazar LX” markalı, 99PU693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Həmin iş üzrə aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən AR Dovlət Sosial Müdafiə Fondu ünvanlanmış bildirişdən görünür ki, 25.12.2021-ci il tarixdə saat 15:44-də “Khazar LX” markalı, 99PU693 dövlət qeydiyyat nişanlı avtomobillə (X1 YDM yaxınlıı Novxanı ist.) nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddini aşmaqla idarə etmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. AR Dovlət Sosial Müdafiə Fondundan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsini seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qeyd edilən sorğu AR Dovlət Sosial Müdafiə Fondu tərəfindən 03.02.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilik sürücü barədə məlumat dedikdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində məlumatın verilməsini ehtiva edir. Hazırki işdən isə görünür ki, AR Dovlət Sosial Müdafiə Fondu barəsində yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşılmasına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni həmin inzibati xəta haqqında protokolun (İXM 339.1-1) həmin vaxt avtomobili idarə etmiş sürücüyə aidiyyəti olmamışdır. Başqa sözlə həmin maddə üzrə məsuliyyəti AR Dovlət Sosial Müdafiə Fondu daşıyır. Lakin Yasamal RPİ-nin DYPŞ tərəfindən AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən hallar nəzərə alınmamış və nəticədə əsassız protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs AR Dovlət Sosial Müdafiə Fondunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, AR Dovlət Sosial Müdafiə Fondunun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: AR Dovlət Sosial Müdafiə Fondu barəsində 16 fevral 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar