Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1135/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi “xxxx” MMC-nin direktoru Abdullah Korkmazın order üzrə vəkili, fərdi qaydada fəaliyyət göstərən Vəkil, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında X11 Xidmətinin (DƏMX) etibarnamə üzrə nümayəndələri X12 və X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin baş əmək müfəttişi X10 tərəfindən onun barəsində “xxxx” MMC-nin direktoru kimi 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və DƏMX-nin rəis müavini Orxan Hüseynzadənin 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinərək ona 1.500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. X9 qeyd etmişdir ki, inzibati tənbeh vermə haqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilib barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə edilmiş protokolun surətindən görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəb İcbari Sığorta Bürosu tərəfindən DƏMX-yə ünvanlanmış 11 dekabr 2020-ci il tarixli məktub olmuşdur. Həmin məktubun surətindən isə görünür ki, məktub 15 dekabr 2020-ci il tarixdə DƏMX-yə daxil olmuşdur. Göründüyü kimi, inzibati xəta 15 dekabr 2020-ci il tarixdə aşkarlanmasına baxmayaraq, o, İXM-nin 38-ci maddəsinə əsasən 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdıqdan sonra, yəni 19 aprel 2021-ci il tarixdə (4 ay 4 gün sonra) inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən, X9 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullah Korkmazın order üzrə vəkili Vəkil şikayət ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Abdullah Korkmaz barəsində vəzifəli şəxs olaraq, yəni “xxxx” MMC-nin direktoru kimi barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-i tərəfindən İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəb İcbari Sığorta Bürosu tərəfindən ƏƏSMN yanında DƏMX-yə ünvanlanmış 11.12.2020-ci il tarixli məktub olmuşdur. Həmin məktubun surətindən isə görünür ki, məktub 15.12.2020-ci il tarixdə ƏƏSMN yanında DƏMX-yə daxil olmuşdur. Göründüyü kimi, inzibati xəta hadisəsi ƏƏSMN yanında DƏMX tərəfindən 15.12.2020-ci il tarixdə aşkarlanmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilərkən və onun əsasında qərar qəbul edilərkən qanunla müəyyən olunmuş 3 aylıq məsuliyyətə cəlb etmə müddəti başa çatmışdır. 09 mart 2021-ci il tarixdə isə “xxxx” MMC ilə “xxxx” ASC arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması haqqında yeni müqavilə bağlanmışdır. Vəkil izahatında göstərilənlərə əsasən DƏMX-i tərəfindən qanunvericiliyin tələbi pozulmaqla, yəni inzibati məsuliyyətə cəlbetmə müddəti keçməsinə baxmayaraq qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin etibarnamə üzrə nümayəndəsi X12 izahatında bildirmişdir ki, “xxxx” ASC-nin İdarə Heyətinin sədri 26 oktyabr 2020-ci il tarixli məktubla DƏMX-yə müraciət edərək ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat sığorta haqqını ödəmədikləri üçün bağlanmış müqavilələrə birtətəfli qaydada xitam verilməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatın yoxlanılması, yəni qeyd edilən şirkətlərin yeni icbari sığorta müqavilələri bağlayıb-bağlamamasını müəyyən etmək məqsədilə İcbari Sığorta Bürosuna ƏƏSMN yanında DƏMX tərəfindən sorğu verilmişdir. İcbari Sığorta Bürosunun 11 dekabr 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, 692 sayda təşkilatdan 72-si yeni icbari sığorta müqaviləsi bağlamış, lakin digəriləri, o cümlədən “xxxx” MMC tərəfindən yeni icbari sığorta müqaviləsi bağlanmamışdır. Beləliklə, aparılmış araşdırma nəticəsində “xxxx” MMC-nin direktoru Abdullah Korkmazın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən Cəmiyyətin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə barəsində 07.04.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsasında isə təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı “xxxx” MMC-nin direktoru Abdullah Korkmaz izahat verməkdən və barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Şikayət ərizəsinin dəlillərinə münasibətdə X12 əlavə olaraq bildirmişdir ki, hazırki inzibati xəta əməli davam edən inzibati xətalar kateqoriyasına aid edilməklə, müvafiq maddənin qeyd hissəsinin məzmununa əsasən şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmalıdır. Müqavilə qeyd olunan müddətdə bağlanmadığı təqdirdə isə şəxs yenidən təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, X12 göstərilən xüsusata görə qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini qeyd edərək, Abdullah Korkmaz barəsində Azərbaycan Respublikasının İXMnin 469.2-ci maddəsi ilə qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ƏƏSMN yanında DƏMX-nin etibarnamə üzrə digər nümayəndəsi X2 izahatında X7 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” Şirkətinin Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-yə ünvanlanmış 26.10.2020-ci il tarixli, PHS-N**********6 saylı müraciətindən görünür ki, “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat 2020-ci il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verilmiş və xitam olunmuş müqavilələrin hal-hazırda digər sığorta təşkilatlarında sığortalı olub-olmaması barədə məlumatların əldə olunması üçün qanunvericilik çərçivəsində müvafiq addımların atılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. “xxxx” Şirkətinin həmin məktubu Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-yə 26.10.2020-ci il tarixdə daxil olmuşdur. Məktuba siyahı əlavə edilmiş və xxxxnın “Xəbərdarlıq olunmasını istədiyi şirkətlər”in siyahısı verilmişdir. Həmin siyahıda “xxxx” MMC-nin də adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 04.11.2020-ci il tarixli **********5 nömrəli məktubuna cavab olaraq İcbari Sığorta Bürosunun Xidmətə ünvanlanmış 11.12.2020-ci il tarixli məktubundan isə görünür ki, Büroya xidmətin sorğusu ilə birlikdə təqdim edilmiş siyahıya əsasən “İcbari Sığorta Bürosu” X5 informasiya sistemində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirmişdir. Araşdırma nəticəsində informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı “xxxx” MMC ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Həmin məktub Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-yə 15.12.2020-ci il tarixdə daxil olmuşdur. Həmin məktuba 06 vərəqədən ibarət 1 ədəd siyahı əlavə edilmişdir. Həmin siyahıda “xxxx” MMC-nin adı qeyd edilməmişdir. Məhkəmə hazırki iş üzrə Abdullah Korkmazın əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.2-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra-icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedikdə – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Qanunun 14.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullah Korkmazın vəkili izahatında hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması müqaviləsinin qanunla müəyyən edilmiş müddət ötürülməklə bağlanmasını və bununla da İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini etiraf etmişdir. Bundan əlavə hazırki iş üzrə qərarından şikayət verilmiş səlahiyyətli orqan, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin yeni müqavilə bağlandığı tarixdən, yəni 09 mart 2021-ci il tarixdən hesablanmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 469.2-ci maddəsindəki inzibati xəta davam edən inzibati xəta deyildir. Həmin inzibati xəta “uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, İXM-nin 38.2-ci maddəsinin tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Belə ki, həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sonrakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Həmin maddə, inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndələri X12 və X1 hazırki xətanın davam edən inzibati xəta olması və İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin məzmununa əsasən xəta törədildikdən sonra növbəti 20 gün sonra məsuliyyətə cəlb edilə bilməsi ilə bağlı qeyd edir ki: İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə şəxs həmin maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. 2-ci bəndinə görə isə həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Qeyd hissənin məzmunundan da göründüyü kimi, şəxs 469.2-ci maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əgər 20 gün ərzində yenidən müqavilə bağlamadıqda təkrarən həmin maddə ilə məsuliyyətə cəlb edilə bilər. Hazırki işin faktiki hallarından isə görünür ki, “xxxx” MMC-nin direktoru Abdullah Korkmaz 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdən əvvəl İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə görə 20 günlük müddətin hesablanması vaxtı 469.2-ci maddəyə münasibətdə deyil, yalnız 469.3cü maddəyə münasibətdə xüsusi texniki vasitələrdən istifadə edilməklə aşkar edilməni nəzərdə tutmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndələri tərəfindən irəli sürülmüş yuxarıda qeyd edilən dəlil tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Belə ki, İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3-cü maddəyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “xxxx” Şirkəti tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-yə 26.10.2020-ci il tarixli, PHS-N**********6 saylı müraciətinin araşdırılması nəticəsində aşkar edilmişdir. Həmin məsələnin araşdırılması nəticəsində 11.12.2020-ci il tarixdə İcbari Sığorta Bürosunun ƏƏSMN yanında DƏMX-nin müraciətinə əsasən ünvanlanmış cavab məktubundan görünür ki, informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı məlumatlarda “xxxx” MMC ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Həmin məktub ƏƏSMN yanında DƏMX-yə 15.12.2020-ci il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə, Abdullah Korkmazın işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi artıq 15.12.2020-ci il tarixdən ƏƏSMN yanında DƏMX-yə aşkar olmuşdur. Protokolda da bu faktın İcbari Sığorta Bürosunun 11.12.2020-ci il tarixli məktubu ilə təsdiq edildiyi göstərilmişdir. Belə olduğu təqdirdə törədilmiş inzibati xəta 15.12.2020-ci il tarixdə aşkar edilmiş olur, yəni həmin tarixdən hesablanmaqla DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Məhkəmə qeyd edir ki, İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) Abdullah Korkmazın şikayəti təmin olunmalı, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin rəis müavini X8 tərəfindən qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və Abdullah Korkmazın barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi İnformasiya sistemində Abdullah Korkmazın barəsində yerləşdirilmiş 1500 (bir min beş yüz) manat cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Abdullah Korkmazın şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Abdullah Korkmaz barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 19 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi İnformasiya sistemində Abdullah Korkmaz barəsində yerləşdirilmiş 1500 (bir min beş yüz) manat cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1135/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1135/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver