Məhkəmə qərarları › İş №3(004)-1141/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1141/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1141/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov “xxxx” MMC-nin inzibati xəta haqqında iş üzrə qərarın ləğvi barədə verdiyi iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC (VÖEN: **********) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 21.04.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Ləğv edilməsi xahiş edilən həmin qərar X1 adlı şəxs barəsində qəbul edilmişdir (təvəllüd 08.07.1981, FİN 10ZYA5N). Qərarda da bu şəxsə aid məlumatlar yazılmışdır. Yəni barəsində qərar qəbul edilmiş şəxs başqa adamdır, həmin qərarın ləğv edilməsini tələb edən şəxs isə hüquqi şəxsdir. Həmçinin inzibati xəta haqqında qərardan narazı olunduğu təqdirdə həmin qərardan şikayət verilə bilər. Həmin qərarın ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, İXM-də müəyyən edilməmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya onun müdafiəçisi inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Bununla da H.Qurbanov barəsində qəbul edilmiş qərardan həmin şəxsin özü tərəfindən şikayət verilməmişdir. Həmçinin həmin qərarın ləğvi barədə “xxxx” MMC tərəfindən İXM-də nəzərdə tutulmamış iddia ərizəsi verilmişdir. Buna görə də hazırkı işə baxılması mümkün olmadığından, geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar