Məhkəmə qərarları › İş №3(004)-1142/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1142/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1142/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 barəsində Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə 06 may 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə X1 şikayət ərizəsini və ona əlavə edilmiş müvafiq sənədlərin surətlərini işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X1 məhkəməyə daxil olmuş ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surəti işin məhkəmədə baxılmasına hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin məzmunu qeyri-müəyyən tərtib edilməklə müraciət müəllifi tərəfindən məhkəmədən hansı məsələyə baxılmasının xahiş edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, X2 məhkəmədən məhkəmədən konkret olaraq nə xahiş etdiyini ərizəsində göstərməmişdir. Eyni zamanda, inzibati tənbeh vermə haqqında qərar 22 dekabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə məhkəməyə 06 may 2021-ci il tarixdə daxil olmuşdur. Lakin ərizəyə qərarın nə vaxt şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmiş, ərizənin məzmununda isə hansı üzrlü səbəblərlə bağlı prosessual müddətin ötürülməsinə dair qeydiyyat aparılmamış, o cümlədən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, eyni zamanda barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer və ya vəsatəti əsasında yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Şikayət ərizəsinin nəticə hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar