Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1142/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, barəsində protokol tərtib olunarkən İXM-nin 518.1-ci maddəsində göstərilən tələbləri pozmamışdır. Yəni barəsində protokol tərtib edilən zaman onun əməlimdə inzibati məsuliyyət yaradası heç bir əsas olmamışdır. Belə ki, protokol onun xəbəri olmadan tərtib edilmiş, habelə protokolda ofisdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının müəyyən edildiyi qeyd edilmişdir. Bildirir ki, ofıs kimi istifadə edilən yerdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Ona görə ki, həmin sahədə heç bir istilik sistemi, qaz avadanlğı, təbii qaz borusu və sair yanğına təhlükəli avadanlıq yoxdur, kiçik bir otaqdır sahəsi 28 kv.m-dir, yalnız 1 ədəd komputer var ki, o da boş vaxtlarında orada həmin komputerdən istifadə edir. O, heç bir vəzifəli şəxs deyil, özü tək həmin ofısdə olaraq internetdən istifadə edir. O, fıziki şəxs olmağına baxmayaraq onun barəsində protokol tərtib edilmişdir ki, həmin protokolu qanunsuz və əsassız hesab edir.Hesab edir ki, AR Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin rəisi İlqar Əsgərov tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edib, AR İXM-nin518.1-ci maddəsi ilə təqsirləndirilməyi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməyini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospketi 43 ünvanında yerləşən “Emer” ofisində Y.T.M. keçirilərkən YTQ 03-2002 3.1-3.16.8 bəndlərinin pozulması həqiqətən də müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Həmin planlı yoxlama ilə bağlı reyestri məhkəməyə təqdim etmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 İXM-in 518.1-ci maddəsi ilə (Y.T.M. keçirilərkən YTQ 03-2002 3.1-3.16.8 bəndlərinin pozulmasının müəyyən edilməsi) təqsirli bilinmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən, yoxlama suallarının siyahısından görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi təsdiq edilir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1142/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1142/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver