Məhkəmə qərarları › İş №3(004)-1146/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1146/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1146/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X7 X1 vəkili X12 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 Xidmətinin 06 fevral 2023-cü il tarixli MN №1292151 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 555.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Qanuni təmsilçisi olduğu şirkətin əməkdaşı olan X18 19 sentyabr 2022-ci il tarixdə qolunun əzilməsi və kəsilməsi ilə bağlı xəstəxanaya getmiş və oradan aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşlarına məlumat verilmişdir. Xəstəxanadan məlumatı alan polis əməkdaşları tərəfindən məsələ aidiyyəti üzrə yönləndirilmiş və işçi X13 izahatı alınaraq məsələ haqqında məlumatlar AR X16 Xidmətinə ötürülmüşdür. Onun isə hadisə haqqında, işçidən polis tərəfindən izahatın alınması və məlumatların toplanılaraq DƏMX-nə ötürülməsi barədə ümumiyyətlə məlumatı olmamışdır. Məsələdən yalnız DƏMX tərəfindən hadisə ilə bağlı, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məlumatı olmuşdur. Məlumatsız olduğu bədbəxt hadisə haqqında isə hadisənin baş verdiyi gün DƏMX-nə məlumat verməyi mümkünsüzdür. İXMnin 555.1-ci maddəsində göstərilən inzibati xəta tərkibinin yaranması üçün hadisə haqqında məlumatlı olan işəgötürənin qəsdən aidiyyəti orqana məlumat verməməlidir, yəni əsas şərt budur. Hazırki halda isə onun hadisədən ümumiyyətlə məlumatı olmamışdır. İşçi hadisədən sonra xəstəxanaya getmiş, oradan polisə məlumat verilmiş, polis isə işi araşdırıb DƏMX-ə ötürmüşdür. Göründüyü kimi DƏMX işi araşdırmadan, qərarı əsaslandıracaq sənədlər və izahatlar toplamadan əsassız qərar qəbul etmişdir. Qeyd olunanlardan göründüyü kimi hazırki iş üzrə X16 Xidmətinin rəis müavininin qərarı tam əsassızdır, bədbəxt hadisə haqqında məlumatları olduğu üçün onun barəsində hadisənin baş verdiyi gün aidiyyəti üzrə məlumat verməyi mümkünsüzdür. Odur ki, X16 Xidmətinin rəis müavininin hazırki qərarı ləğv edilməli və onun əməlində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkili X19 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X15 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 23 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin baş direktoru X8 tərəfindən işçisi X18 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin işçisi X18 xx.xx.2022-ci il tarixndə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi ilə əlaqədar X16 Xidmətində yaradılacaq komissiyanın tərkibinə X6 və X9 üzv olaraq təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X16 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X16 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X16 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatına əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, X8 işçisi X13 xəsarət alması barədə özünün barəsində protokol tərtib edildikdən sonra məlumatı olduğunu qeyd etsədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin tarixdə artıq hadisəsədən xəbərdar olmuşlar. Belə olduğu təqdirdə X8 Azərbaycan Respublikası Əmək Məcəllənin 217.1-ci maddəsinin tələblərini pozaraq işçisi X13 istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarət barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə dərhal həmin hadisə baş verən gün məlumat verməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 06 fevral 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar