Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1155/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmişxx.xx.2025-ci il tarixli X7 haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasl DİN-nin Baş X9 İdarəsinin Qİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli, BB 678065 nömrəli X1 Şəhadətnaməsinə əsasən 2024-cü il buraxılış, GAC EMPOW markalı, ** RO *** dövlət nömrə nişanlı minik avtomobili onun mülkiyyətindədir və tərəfindən idarə edilir. Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi X4 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində quraşdırılmış avtonəqliyyat vasitələrinin hərəkətinə nəzarəti həyata keçirən videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə xx.xx.2025-ci il tarixdə, saat 19:38:31 qeydə alınmış videogörüntü əsasında həmin vaxt elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26011809 nömrəli protokola və həmin protokol əsasında AR DİN BDYPİ-nin X2 səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş, svetoforun və ya nizamlayıcmm qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsi ilə hərəkətin davam etdirilməsinə görə 100 (bir yüz) manat məbləğində cərimə və 3 bal Hesablanmaqla barəmdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən protokolu və qərarı əsassız hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixində Protokolda qeyd edilən vaxtda Şərifzadə küçəsi ilə İnşaatçılar metrosu istiqamətində hərəkətdə olarkən, geriyə dönmək üçün yolun sol hərəkət hissəsi ilə hərəkət edərək Şərifzadə küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində svetaforun yaşıl işığında geriyə dönməni həyata keçirərək İnşaatçılar metrosu tərəfdən “ASAN Xidmət” istiqamətinə hərəkət edən avtomaşınları buraxmaq üçün dayanmışam və yolun boşalmasını gözləmişdir. Həmin vaxtda yolun sağ tərəfində yerləşən svetafor idarə etdiyi minik avtomobilinin sağ tərəfindən arxada qalmış, o qarşı tərəfdən gələn avtomobillərin hərəkətini müşahidə edərək geriyə dönməyinə şərait yaranmasını gözləmişdir. Qarşıdan gələn avtomaşınlar üçün yol bağlanan vaxtda o dayandığı yerdən geriyə dönmə hərəkətini davam etdirərək geriyə dönmüş və “ASAN Xidmət” istiqamətinə hərəkət etmişdir. Belə ki, həmin vaxtda A.Abbasov küçəsindən Şərifzadə küçəsi istiqamətində hərəkət edən avtomobillər üçün yol açıldığından o, onlara maneə yaratmamaq üçün yol hərəkəti haqqında qaydaya uyğun olaraq yolu boşaltmışdır. X9 tərəfindən ona göndərilmiş videogörüntü tam deyildir və ancaq onun arxaya dönüş üçün dayandığı və sonradan hərəkətə başladığını halı əks etdirir. Videogörüntüyə diqqət yetirdikdə də onun svetaforun yaşıl işığında dönmə hərəkətini həyata keçirmək üçün sola dönərək hərəkəti davam etdirmək üçün qarşıdan gələn avtomobillərin hərəkətinə maneə törətmədən geriyə dönmək üçün şəraitin yaranmasını gözlədiyi müəyyən olunur. Əgər həmin protokolla bağlı X7 haqqında qərar qəbul edən səlahiyyətli vəzifəli şəxs videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə əldə edilmiş videogörüntüyə tam şəkildə baxsaydı, yəni idarə etdiyi **-RO-*** dövlət nömrə nişanlı minik avtomobilinin svetaforun yaşıl işığında hərəkətdə olaraq geriyə dönmək üçün hərəkət etməsinə və qarşıdan gələn avtomobilləri buraxmaq üçün döngədə dayanıb gözlədiyini müşahidə etsəydi, onda müəyyən edilərdi ki, göstərilən halda onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd edilən 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Göstərilənlərə əsasən barəsində xx.xx.2025-ci il tarixdə, saat 19:38:31-də, Şərifzadə küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində, AR DİN BDYPİ-nin X4 vasitəsi ilə qeydə alınmış videogörüntü əsasında elektron qaydada tərtib edilmiş EQ 26011809 nömrəli protokolu və həmin protokol əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında Elektron Qərarı mübahisələndirilməsi AR DİN BDYPİ-nin X4 tərəfindən videogörüntünün tam olaraq təqdim olunmasını, həmin videogörüntüyə baxış keçirilməsini və pozuntunun baş verməsi halının olub-olmamasının müəyyən edilməsi üçün zəruridir. Hesab edir ki, göstərilən halda tərəfimdən yol hərəkəti haqqında müvafiq tələb pozulmayıb və tərtib edilən protokol və X7 haqqında qərar əsassızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarından görünür ki, X5 9 fevral 2025-ci il tarixdə saat 19:38 radələrində idarə etdiyi “Gac Empow” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə QİS2-Şərifzadə-A.Abbasov küçəsi, İnşaatçılar metrosu ist 1 ərazisində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmişdir. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan fotoşəkillərə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 tərəfindən təqdim olunmuş videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman həmin görüntülər hadisənin bütün axarını əhatə etmədiyindən, hadisəni hərtərəfli müşahidə etməyə imkan vermədiyindən yalnız mülahizələrə əsaslanmaq mümkün olmuşdur. Belə ki, həmin görüntülərdə şəxsin həqiqətən svetoforun qadağanedici işarəsi verilərkən keçməsi müəyyən edilmir, sadəcə olaraq onun artıq svetoforu keçərək yolayrıcında dayanması və svetaforun yaşıl işığında dönmə hərəkətini həyata keçirmək üçün sola dönərək hərəkəti davam etdirmək üçün qarşıdan gələn avtomobillərin hərəkətinə maneə törətmədən geriyə dönmək üçün şəraitin yaranmasını gözlədiyi müəyyən olunur. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, X5 9 fevral 2025-ci il tarixdə saat 19:38 radələrində idarə etdiyi “Gac Empow” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə QİS2-Şərifzadə-A.Abbasov küçəsi, İnşaatçılar metrosu ist 1 ərazisində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmişdir. Halbuki barəsində X7 haqqında qərar qəbul edilmiş şəxsin qeyd edilən inzibati xəta hadisəsini törətməsi mötəbər sübutlarla müşayiət olunmamışdır. Baxmayaraq ki, qərarı qəbul etmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş göndərilmişdir, inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və mübahisələndirilən inzibati xəta hadisəsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mövcud iş materiallarına əsasən R.İbrahimovun X7 haqqında qərarda qeyd edilən vaxtda və yerdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etməsi faktını aşkar etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda şikayətçi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, əksinə X7 haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olmasını əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməyə borclu olduğu halda, bunu etməmişdir. Beləliklə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4ndə X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. X5 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26011809 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli X7 haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4ndə X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1155/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1155/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver