Məhkəmə qərarları › İş №3(004)-1158/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1158/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1158/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu Mərzəndiyə kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 06 may 2021-ci il tarixdə ünvan 1 ünvanında fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, dostu özünə məxsus avtomobilini satmaq üçün ondan xahiş etmişdir ki, elanı “Turbo.az” saytında yerləşdirməyə köməklik etsin. O, da dostunun xahişinə əsasən həmin saytda elan yerləşdirmişdir. Bundan əlavə o, Azərbaycan Respublikası DİN-nin X10 İdarəsinin ünvanına təhqiredici ifadə yazmışdır. Qeyd olunan elanla bağlı o, Bakı şəhər DYPİ-nə dəvət edilsə də, çağırışa getməkdən boyun qaçırmışdır. Daha sonra 06 may 2021-ci il tarixdə polis əməkdaşları çağırışla bağlı onun iş yeri olan Yasamal rayonu, M.Xiyabani küçəsi 85 ünvanında yerləşən avtoservisin qarşısına 29-cu PŞ-nin və DYPİ-nin əməkdaşları gəlmişlər. Elanla bağlı sorğu-sual edilərkən o, yenidən hislərini cilovlaya bilməyib səs-küy salmağa başlamış, eyni zamanda DYPİ-nin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin o, halhazırda törətdiyi inzibati xətaya görə səmimi peşmanlıq çəkir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş olan Bakı şəhər BPİ-nin DYPİ YPX Alayının baş inspektoru X3 izahatında bildirmişdir ki, sosial şəbəkələrə baxış keçirilərkən “Avtosfer”az saytında «VAZ-21» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “Turbo az” saytında yol polis əməkdaşları barədə təhqiramiz ifadələrin yerləşdirilməsi ilə bağlı məlumat yayılmış, hətta televiziya kanallarında yayımlanmışdır. Qeyd olunan faktın araşdırılması ilə bağlı Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edilmiş və araşdırma zərurətiylə əlaqədar Şəxs idarəyə dəvət edilməsinə baxmayaraq o, çağırışlara gəlməkdən imtina etmişdir. Bundan sonra 29-cu PŞ-nin əməkdaşları ilə birlikdə Yasamal rayonu, M.Xiyabani küçəsi 85 ünvanındakı avtoservisdə olarkən Şəxs ilə profilaktik söhbət etməyə cəhd edərkən sonuncu "etmişəm, əcəb etmişəm, peşman deyiləm, siz ondan da artıqlarına layiqsiniz” kimi ifadələr işlədib səs-küy salmağa başlamışdır. Ona təkrarən ədəb və nəzakət qaydalarını yerinə-yetirməsi barədə göstəriş verilsə də o, buna məhəl qoymayıb, öz hüquqazidd hərəkətlərini davam etdirib DYPİ-nin ünvanına təhqiredici ifadələr işlədib, kənar şəxslərin də narahatlığına səbəb olaraq ictimai qaydanı pozmuşdur. Bundan sonra Babaşov X4 RPİ 29-cu PŞ-nə edilmiş və o, isə raportla 29-cu PŞ-nin rəhbərliyinə müraciət edərək sonuncu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ YPX Alayının baş inspektoru X3 tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli raportdan görünür ki, sosial şəbəkələrə baxış keçirilərkən “Avtosfer”az saytında «VAZ-21» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsününün “Turbo az” saytında yol polis əməkdaşları barədə təhqiramiz ifadələrin yerləşdirilməsi ilə bağlı Yasamal rayonu, M.Xiyabani küçəsi 85 ünvanında Şəxs tərəfindən aşkar olunmuşdur. O, dərhal həmin vətəndaşa sosial şəbəkələrdə təhqiramiz ifadələrin yerləşdirilməsi ilə bağlı sorğu-sual edilərkən Şəxs "etmişəm, əcəb etmişəm, peşman deyiləm, Siz ondan da artıqlarına layiqsiniz” kimi ifadələr işlətmişdir. Ona təkrarən ədəb və nəzakət qaydalarını yerinə-yetirməsi barədə göstəriş versə də o, buna məhəl qoymayıb, polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. Bundan sonra Babaşov X4 RPİ 29-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edilmişdir ki, “Turbo az” saytında «VAZ-21» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair elanda Azərbaycan Respublikası DİN-nin DYPİ-nin ünvanına nalayiq ifadələr yerləşdirilmişdir. İş materiallarında olan 06 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2021-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə inzibati tənbehin məqsədi təmin edilə bilər, qeyd olunan inzibati tənbeh tədbiri qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 06 may 2021-ci il tarixdən saat 17:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 may 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar