Məhkəmə qərarları › İş №3(004)-1161/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1161/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1161/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş X6 İdarəsindən daxil olmuş 19 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 19 aprel 2021-ci il tarixdə, "Mercedes Benz C220" minik markalı, AZ **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi çoxavazlı səs siqnalı ilə təchiz etmişdir. Buna görə də X3 barəsində Azərbaycan Respublikası İXM- nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan şəxs X3 məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişlər. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxsin və Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X1 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı protokoldan görünür ki, X3 19 aprel 2021-ci il tarixdə, "Mercedes Benz C220" minik markalı, AZ **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi çoxavazlı səs siqnalı ilə təchiz etmişdir. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli, İXP ******* saylı “Nəqliyyat vasitəsinə baxış haqqında” protokoldan görünür ki, sürücü X1 və iki nəfər hal şahidinin iştirakları ilə, "Mercedes Benz C220" minik markalı, AZ **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin mühərrik hissəsində həmin çox avazlı siqnalın quraşdırılması aşkar edilmişdir. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli ******* nömrəli “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, vətəndaş X2 məxsus "Mercedes Benz C220" minik markalı, AZ **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 19 aprel 2021-ci il tarixdə götürülmüş sayrışan işıq cihazı aşkar edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat saxlama qəbulu barədə” Aktdan görünür ki, "Mercedes Benz C220" minik markalı, AZ **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 19 aprel 2021-ci il tarixdə götürülmüş sayrışan işıq cihazı saxlanılması üçün Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin maddi saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir və heç bir sıibutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X1şəxsiyyətini,onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, X2 cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasının həddi daxilində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALD!: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş və Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin maddi saxlanc otağında saxlanılan bir ədəd sayrışan işıq cihazı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar