Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1162/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə, X16 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 "xxxx" ASC-nin sabiq işçisi X1 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək bildirmişdir ki, o, 17.08.2021-ci il tarixində X3 “EVRASCON" ASC-nin B-4 metro tikinti sahəsində “elektromexanik” vəzifəsinə işə qəbul olunmuşdur. Həmin sahədə tikinti-quraşdırma işləri müvəqqəti olaraq dayandığından "xxxx" ASC tərəfindən ona məlumat verilmişdir ki, o, bir müddət sonra işə çağırılacaqdır. Lakin bu müddət keçdikdən sonra o, işə çağırılmamış və bu müddət ərzində ona məlumat verilməmişdir. X17 bu şikayəti əsaslı hesab etmiş və 21.04.2021-ci il tarixli, MN1064463 nömrəli inzibati tənbeh vermə haqqında qərarla onu 800 (səkkiz yüz) manat məbləğində cərimə etmişdir. Rəhbəri olduğu X3 "xxxx" ASC B-4 metro tikinti stansiyasında tikintiquraşdırma işləri gördüyü zaman həmin sahədə “elektromexanik” vəzifəsinə əməkdaş tələb olunduğundan X11 17.08.2020-ci il tarixində həmin vəzifəyə işə qəbul olunmuşdur. Lakin bir müddət sonra həmin sahədə tikinti-quraşdırma işləri dayanmışdır. Bu səbəbdən X8 müxtəlif sahələrdə başqa iş təklif olunmuşdur. Əvvəlcə 23.09.2020-ci il tarixində “Şəki- Oğuz rayonları ərazisində Aqropark tikintisi” sahəsində “elektrik” vəzifəsi təklif edilmiş və o, B-4 sahəsində dayandırılmış işlərin bərpa olunacağını bildirərək bu təklifdən imtina etmişdir. Daha sonra boşdayanma halının qarşısını almaq üçün X8 “Muğanlı-İsmayıllı yolunun tikintisi” sahəsində “elektrik” vəzifəsi təklif olunmuş, lakin o, eyni səbəbdən bu təklifdən də imtina etmişdir. Yuxarıda qeyd olunmuş təkliflərdən imtina aktlaşdırılmış, lakin X11 həmin aktları imzalamaqdan imtina etmişdir. X9 qərarı əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169.2-ci maddəsinə görə işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. X7 həmin təkliflərdən imtina etməsi və B-4 tikinti-quraşdırma sahəsində işlərin bərpa olunmasını gözlədiyini bildirməsi boşdayanmanın "xxxx" ASC-nin təqsiri üzündən baş vermədiyini göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədilməsindən ən geci 3 ay keçənədək verilə bilər. X7 əmək müqaviləsinə 17.12.2020-ci il tarixində xitam verildiyini nəzərə alaraq, inzibati xətanın olduğunu fərz etsək belə, inzibati tənbeh vermə müddəti ötürüldüyündən yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassızdır. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar ona rəsmi şəkildə 30.04.2021-ci il tarixində verilmişdir və həmin qərardan şikayət vermə müddətinin axımı qeyd olunan tarixdən başlamışdır. Faktiki olaraq X7 "xxxx" ASC-də iş gününün mövcud olmaması, inzibati tənbehi tətbiq etmiş orqanın qərəzli olması, qərarın ədalətli olmaması, işin hallarına uyğun gəlməməsi, işin hallarının tam, obyektiv araşdırılmaması bu qərarın ləğv olunması üçün əsas ola bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X3 "xxxx" ASC-də X7 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 "xxxx" ASC-də X7 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. X18 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 əmək haqqının hesablanıb ödənilməsində qanun pozuntusuna yol verilmişdir. İş materiallarında olan 15586 nömrəli əmək müqaviləsindən görünür ki, X11 17.08.2020-ci il tarixdə X3 "xxxx" ASC-də elektromexanik vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2-X10 "xxxx" ASC-də müddətli əmək müqaviləsi üzrə elektromexanik vəzifəsinə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxt 17.09.2020-ci il göstərilmişdir. 17.12.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar X11 ilə bağlanmış 17.08.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Xitam barədə məlumatlar 17.12.2020-ci il tarixdə “elektron informasiya sisteminə” daxil edilərək imzalanmışdır. 18.01.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ərizə ünvanlamışdır. Ərizədə bildirilir ki, X3 "xxxx" ASC-dən onun son haqq-hesabını, istifadə etmədiyi məzuniyyətin pulunu və almadığı əmək haqqını vermələri xahiş edilmişdir. X3 "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanladığı 05.02.2021-ci il tarixli 88/21 nömrəli cavab məktubundan müəyyən edilir ki, X11 17.08.2020-ci il tarixində X3 "xxxx" ASC-də “elektromexanik” vəzifəsinə işə qəbul olunmuşdur. X23 işə qəbul olunduğu vaxtda "xxxx" ASC-nin B-4 metro stansiyasında müvəqqəti olaraq tikinti-quraşdırma işləri dayandırılmışdır. Bununla əlaqədar ona dəfələrlə digər sahələrdə iş təklif olunsa da, o, bu təkliflərin hamısından imtina etmiş, B-4 metro stansiyasında müvəqqəti olaraq dayandırılmış tikinti-quraşdırma işlərinin bərpa ediləcəyini gözlədiyini bildirmiş, habelə ona təklif olunmuş işlərdən imtina etməsi ilə bağlı tərtib olunmuş aktı da imzalamamışdır. Tələb edilmiş sənədlər təqdim edilmiş yalnız son-haqq hesabın ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. "xxxx" ASC-nin 14.03.2020-ci il tarixli çıxarışından görünür ki, X3 "xxxx" ASC tərəfindən X8 hər hansı əmək haqqı ödənişi və son haqq hesab edilməmişdir. X3 "xxxx" ASC-nin insan Resursları və inzibati İşlər Departamentinin rəisi X5, kadrlar şöbəsinin rəisi X13, həmin şöbənin aparıcı mütəxəssisi X4 və "elektromexanik” X11 tərəfindən tərtib edilmiş 23 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, X3 “EVRASCON‘' ASC tərəfindən "elektromexanik” vəsifəsinə işə qəbul edilmiş X8 “Şəki-Oğuz rayonları ərazisində Aqropark tikintisi’’ sahəsində "elektrik” vəzifəsi təklif olunmuş, lakin o, bu təklifdən İmtina edərək B-4 metro stansiyasının tikintisi sahəsində müvəqqəti dayandındırılmış tıkinti-quraşdırma işlərinin bərpa olunmasını gözlədiyini bildirmişdir. X3 "xxxx" ASC-nin İnşan Resursları və İnzibati işlər Departamentinin rəisi X5, kadrlar şöbəsinin rəisi X13, həmin şöbənin aparıcı mütəxəssisi X4 və "eiektromexanik” X11 tərəfindən tərtib edilmiş 18 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, X3 "EVRASCON” ASC tərəfindən "eiektromexanik’' vəsifəsinə işə qəbul edilmiş X8 “Muğanlı-İsmayıllı yolunun tikintisi” sahəsində “elektrik” vəzifəsi təklif olunmuş, lakin o, bu təklifdən imtina edərək B-4 metro stansiyasının tikintisi sahəsində müvəqqəti dayandırılmış tikintiquraşdırma işlərinin bərpa olunmasını gözlədiyini bildirmişdir. X16 İsmayıl-Əfəndiyeviç faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmiş, əksinə şikayət ərizəsində, son haqqhesabın qanunvericilikdə nəzərdə tutulmuş vaxtda yəni sonuncu iş günü işçiyə verilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan hüquqpozuntusunun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Göründüyü kimi X20-Əfəndiyeviç barəsində olan inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi üçün əsas olmuş hərəkətlər uzanan xətalara aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X11 işdən çıxarıldıqdan sonra X3 "EVRASCON” ASC tərəfindən son haqq hesab ödənilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən inzibati xəta hadisəsi "xxxx" ASC-nin 01.04.2021-ci il tarixli məktubu ilə aşkara çıxarıldığın Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X20-Əfəndiyeviçin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1162/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1162/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver