Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1164/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, 19.06.1962-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yerləşən Şəxs MMC-nin rəhbəri X9 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-296/2020 saylı, 09.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 36000 (otuz altı min) manat əsas borc və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MTK-ya ödənilməlidir. Borclu Şəxs MMC-nin rəhbəri kimi X9 borclu Şəxs MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. X2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 24.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X9 bildirdi ki, borcun qaytarılmaması səbəbi, "xxxx" MTK-da quraşdırılmış liftin qaytarılmamasıdır. əgər onların liftini qaytararlarsa, həmin lifti satıb pulu verə bilərlər. Hazırda qətnamənin icra edilməsi üçün maddi imkan yoxdur. Bu səbəbdən də hazırkı vaxta qədər qətnamə icra edilə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) "xxxx" MTK-nın nümayəndəsi (MTK-nın sədri) X5 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə qət edilən puldan ümumiyyətlə heç bir ödəniş etməmişdir. Müxtəlif bəhanələrlə ödənişdən yayınır. Həmçinin borclu bildirir ki, guya onun bizim MTK-da lifti vardır, lakin həmin liftlərin pulu ödənilmişdir. MTK-nın Şəxs MMC-yə və X6 hər hansı bir borcu yoxdur. Həmçinin qətnamədə belə bir şərt də yoxdur. Bundan əlavə "xxxx" MTK-nın Şəxs MMC-yə və X6 pul ödəməli olması və ya lift verməli olmasına dair qətnamə mövcud deyildir. Neçə vaxtdır ki, X9 bu cür və digər bəhanələrlə icradan yayınır. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-296/2020 saylı, 09.09.2020ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 36000 (otuz altı min) manat əsas borc və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MTK-ya ödənilməlidir. X9 borclu Şəxs MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə Şəxs MMC-yə məktub göndərilsə də, qətnamənin icrasə hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. İş materiallarında olan X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, "xxxx" MTK-nın binasında quraşdırılmış, lakin FHN-nə təhvil verilməmiş 01 (bir) ədəd 12 dayanacaqlı liftin Şəxs MMC tərəfindən sökülərək götürülməsinin təmin edilməsi barəsində Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmin lift "xxxx" MTK-dan təhvil alınan müddətə qədər Şəxs MMC-yə məhkəmə qətnaməsinin icrası üçün 03 (üç) ay müddətinə möhlət verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 11.03.2022-ci il tarixdən 29.03.2022-ci il tarixə təxirə salınmışdır, hazırda məhkəməyə "xxxx" MTK-nın Şəxs MMC-yə və X6 pul ödəməli olması və ya lift verməli olmasına dair qətnamə və ya icra sənədi təqdim edilməmişdir. Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-296/2020 saylı, 09.09.2020-ci il tarixli icra sənədinin icra edilməməsinin hər hansı bir üzürlü səsəbi müəyyəfn edilmir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-296/2020 saylı, 09.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 36000 (otuz altı min) manat əsas borc və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MTK-ya ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 Dövlət Reyestrindən çıxarışa əsasən Şəxs MMC-nin qanuni təmsilçisi (rəhbər vəzifəli şəxs) X7r. İcra məmuru tərəfindən 11.12.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, 10.03.2021-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İcra məmuru tərəfindən 24.02.2022-ci il tarixdə borclunun izahatı da alınmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da Şəxs MMC-nin qanuni təmsilçisi X4 vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1164/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1164/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver