Məhkəmə qərarları › İş №3(004)-1165/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1165/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1165/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı, 25.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı, 25.02.2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 25.02.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, fərdi sahibkar kimi ünvan 1 ünvanında qeyri yaşayış sahəsində kafe fəaliyyəti ilə məşğul olur. Məlum pandemiya və sərt karantin qaydalarının tətbiqi ilə bağlı uzun müddət idi ki, hamı kimi onlar da fəaliyyət göstərmirdilər. AR NK yanında Operativ Qərargahın müvafiq qərarına əsasən bəzi məhdudiyyətlər götürüldükdən sonra ümumi qaydalara uyğun fəaliyyətlərini bərpa etdilər. Lakin 15.02.2021-ci il tarixdə AQTA BRB aparıcı məsləhətçisi X6 onun fəalyyəti vaxtı kafeyə daxil olmuş və heç bir əsas olmadan AR İXM-nin 211.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edərək çıxıb getmiş, yazı yazarkən nə yazdığını və nəyə əsasən yazdığını soruşsa da ona heç bir məlumat vermədi və heç bir cavab da bildirmədi. Sonradan aprel ayının sonunda elektron kabinetində ona cərimə yazıldığını gördü və bu barədə AQTA-nə yaxınlaşdıqda 05.05.2021-ci il tarixdə ona protokol və qərar rəsmi təqdim edildi. Protokol və qərarla tanış olduqdan sonra ona məlum oldu ki, 15.02.2021-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və həmin protokola əsasən 25.02.2021-ci il tarixli MN ******* saylı qərar verilmişdir. Protokolla tanış olarkən ona məlum oldu ki, guya o, “Cafe Park” müəssisəsində sıxlıq normalarına və icazə verilən saya və masalararası məsafə qaydalarına əməl etməmişdir. Halbuki əməkdaş həmin vaxt bununla bağlı ona heç bir irad və xəbərdarlıq etməmiş və ümumiyyətlə göstərilən hallar da mövcud olmamışdır. Protokolla tanış olmaq ona təklif edilmədiyi halda guya protokola imza etməkdən imtina etməyi qeyd edilmişdir. Düşünür ki, AQTA qərəzli və ədalətsiz yanaşaraq heç bir faktiki və hüquqi əsası olmayan protokol tərtib edərək barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq onu 4.000 manat cərimə etmişdirlər. Protokola AQTA-nın əməkdaşı tərəfindən əlavə edilmiş fotoşəkillərdən də açıqaydın görünür ki, fəaliyyəti vaxtı ona 22-25 nəfər müştəri qəbul etmək göstərilsə də kafedə ümumi heç 10 nəfər yoxdur. Bütün bu hallar barəsində verilmiş inzibati qərarın ədalətsiz və qərəzsiz olmasına işarədir. Düşünür ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Onun əməlində AR İXM-nin 211.1-ci maddəsinin dispozisiyasında göstərilən tərkibin əlamətləri olmadığından qərar ləğv edilməlidir. Qərarından şikayət verilən orqanın nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aparıcı məsləhətçisi X6 məhkəmə iclasında qərarı müdafiə edərək göstərdi ki, aparılmış araşdırma zamanı obyektdən çəkilmiş fotoşəkillərdə müştərilərin sayı 18 nəfərdən çox olduğu üçün protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. həmin sübutlar məhkəməyə təqdim edilmişdir. şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı, 15.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən ünvan 2 ünvanında fəaliyyət göstərən “Cafe Park” müəssisəsində sıxlıq normalarına və icazə verilən say 22-25 faktiki) və masalararası məsafəyə riayət edilməmişdir. Buna görə X5 İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə MN ******* saylı, 25.02.2021-ci il tarixli inzibati xəta haqqında qərarla 4000 (dörd min) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, şəxsin inzibati xətanın törədilməsində təqsirləndirildiyi “Cafe Park” obyektindəki fotoşəkillərə baxış zamanı fotoşəkillərdə kafedə masa arxasında əyləşmiş müştərilərin sayının 15 nəfər olduğu görünür. Ayaq üstə duran şəxslərin sayı 6 nəfərdir. Lakin həmin şəxslərdən 4 nəfərin əynindəki geyimlərdən görünür ki, onlar kafedə xidmət göstərən şəxslərdir. Digər 2 nəfərin isə müştəri olub-olmaması, onlara xidmət göstərilib, göstərilməməsini müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə təsdiq edilən müştəri sayı 15 nəfər olduğu üçün, bu halda isə şəxsin təqsirli bilindiyi qərarda göstərilən əməl mövcud olmur. Yəni kafedə icazə verilən müştəri sayının 18 olduğu halda, faktiki olaraq həmin saydan artıq müştərinin kafedə olması faktı öz təsdiqini tapmır. Ona görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı, 25.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar