Məhkəmə qərarları › İş №3(004)-117/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-117/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-117/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK -nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11-xx.xx.2024-cü il tarixində həmin MTK-ya ayrılmış torpaq sahəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəlləyə bitişik ərazidə abadlıq məqsədilə işlərin görülməsi zamanı tullantıların qalaqlanmasına, yaşıllıqların mühafizə qaydalarının pozulmasına və məhv edilməsinə görə Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MTK -nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci-ci maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Hüquqi şəxs Şəxs MTK -nın məhkəməyə ünvanlanmış etirazından görünür ki, Şəxs MTK Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mənzil Məcəlləsinə və öz Nizamnaməsinə uyğun yaradılmış və istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binaların tikilməsi fəaliyyəti ilə məşğuldur. Şəxs xx.xx.2019-cu il tarixli, 09 saylı müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-4222 saylı razılıq məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 266 saylı Sərəncamına əsasən Şəxs MTK-ya Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının və kotec tipli evlərin tikintisinin layihələndirilməsinə icazə verilmiş 4,47 ha əraziyə bitişik 1,66 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün həmin kooperativin istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü ildə AKT tərtib edib və belə qənaətə gəlib ki, protokol əsassız və qanunsuzdur. Belə ki, sözügedən Sərəncamın icrası ilə bağlı qanunvericiliyə uyğun qaydada tikintiyə başlamaq üçün müvafiq qurumlara müraciət edilib və bütün lazımi idarə və təşkilatlardan razılıq və rəy alınıb. Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsinin 20.3-cü, 22.3.4-cü və 75-ci maddələrinin tələblərinə uyğun ərazi planlaşdırılması sənədlərinin strateji və ya dəqiq layihələndirilməsindən asılı olaraq “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həmin sənədlərə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır. Ərazinin baş planına uyğun olaraq tikintiyə icazə verilməsi qaydalarına uyğun olaraq dövlət ekoloji ekspertizasının rəyi də layihə sənədlərinə əlavə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 22/449 saylı belə bir ekoloji ekspertiza rəyi verilib. Həmin rəydə bir daha göstərilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2005-ci il 31 mart və 2007-ci il 30 dekabr tarixli 79, 666 nömrəli Sərəncamlarına əsasən Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə Şəxs MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 2014-cü il tarixli 14/131 nömrəli Ayrıc aktına əsasən yaşayış binalarının layihələndirilməsinə icazə verilən ərazinin ümumi sahəsi 4.47 ha təşkil edir. X4 ərazidə hər hansı yaşıllığın, konkret olaraq ağac və kolların olması göstərilməyib. Nəticə olaraq rəydə deyilir: “Tikinti nəzərdə tutulan ərazi düzən relyefə malik olmaqla yaşıllıqlardan tam azaddır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın 2.2-ci bəndinin tələblərinə əsasən ümumi ərazinin 25% hissəsində yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilməsi nəzərdə tutulmuşdur.Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2019-cu il 23 avqust tarixli, 266 nömrəli sərəncamına əsasən, yaşayış binalarının layihələndirilməsinə icazə verilən torpaq sahəsinə bitişik 1.66 ha ərazi yalnız yaşıllaşdırma və abadlaşdırma işlərinin həyata keçirilməsi üçün Şəxs MTK-nın istifadəsinə ayrılmışdır. Yaşıllaşdırma işləri əsasən ərazinin relyefinə uyğun olaraq, həmişəyaşıl ağac və dekorativ kol bitkilərinin əkilməsindən ibarət olacaqdır. Ərazi əvvəllər yaşayış və qeyri-yaşayış məqsədləri ilə istifadə olunmuşdur. Hal-hazırda ərazidə mövcud olmuş tikililər sökülmüş, Baş Plan üzrə ərazidə 3 ədəd 20 mərtəbəli və 6 ədəd 16 mərtəbəli yaşayış binalarının tikintisi işləri tamamlanmışdır. Hazırkı mərhələ üzrə tikintisi planlaşdırılan yaşayış binaları üçün bünövrə qazıntısı işləri tamamlanmışdır. Ərazinin müasir yaşayış binalarının tikintisi məqsədilə istifadə olunması aidiyyəti icra orqanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən razılaşdrılmışdır (21 fevral 2008-ci il tarixli DEİ 227 nömrəli məktub). Tikinti nəzərdə tutulan ərazi mühəndis-geoloji şərait baxımından uyğun olmaqla, yaxın sahədə ekoloji həssas obyektlər mövcud deyildir”. Əvvəla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 22/449 saylı ekoloji ekspertiza rəyi ilə sübut olunur ki, ərazı yaşıllıqdan tam azad olub. Rəy eyni zamanda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də göndərilib.Daha sonra MTK ərazidəki xüsusi mülkiyyətdə olan və olmayan yaşayış evlərinin sahibləri ilə razılaşaraq evləri satın almış və söküntü və tikinti işlərinə başlamışdır. Bu məqsədlə söküntü işlərinin aparılması, sökülən materialların və tullantıların daşınması barədə xx.xx.2023-cü ildə X1 ilə xidməti müqavilə bağlanıb. Yaşıllıqların mühafizə haqqında Qanunun 3-cü maddəsinə əsasən, Bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşıllıqların götürülməsi Qaydasının 1.1-ci bəndində deyilir: Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Göründüyü kimi, həm qanun, həm də NK-nin qərarı xüsusi mülkiyyətdə olan sahələrdəki yaşıllıqları istisna edir və digər sahələrdən yaşıllığın götürülməsinə nəzarət baxımından yaşıllığın uçotunu, monitorinqini apara bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. ....ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Əvvəla, qeyd edək ki, qarşı tərəf yalnız peykdən çəkilmiş və 2019-2023-cü il şəkillərinə istinad edir və qeyd edilir ki, məhv edilmiş yaşıllığın diametrini və sayını müəyyən etmək mümkün deyil. Belə olan halda, hansı xətanın baş verməsindən söhbət gedə bilər? Dövlət ekspertiza rəyi ilə, fiziki şəxslə bağlanmış müqavilə və onun ifadəsi ilə birbaşa sübut olunur ki, həmin ərazi tam yaşıllıqdan azad ərazi olub. Ümumiyyətlə peykdən çəkilmə şəkillər bu iş üzrə mötəbər sübut ola bilməz və məhkəmə tərəfindən həqiqiliyinə şübhə olmayan sübut kimi istnad edilməməlidir. Hətta hesab etsək ki, şəkildə göstərilənlər həqiqət olub, yenə də inzibati xətaya dair protokol tərtib edilə bilməzdi. Təqdim olunan şəkillər hansı tarixə aiddir və nə vaxt aşkarlanıb? Məhkəmə isə müddətin keçməsi səbəbilə inzibati məsuliyyətdən azad etməklə, İXM-nin 53-cü maddəsinə istinad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməlidir. Digər məsələ protokolun tərtib edilmə vaxtı ilə bağlıdır ki, bu zaman da qarşı tərəf qanunvericiliyin tələbini pozub. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin maddənin 3-cü bəndinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İnzibati xətaya dair Akt sentyabr ayında tərtib edilsə də, protokol ondan 3 ay sonra dekabr ayında tərtib edilib. İXM-nin 102-ci maddəsinə görə ətraf mühitin mühafizəsinə görə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Bu işlə bağlı hər hansı əlavə araşdırma ilə bağlı qərardad və ya ekspertizanın aparılmasına dair məlumat MTK-ya və məhkəməyə təqdim edilməyib. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Maddənin bütün normalarını bui işə tətbiq etsək, yenə də protokolun tərib edilməsinin prosesual qaydası pozulub. Ona görə də "xxxx" MTK barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN2113705 saylı inzibati xəta haqqında Protokolun qanunsuz və əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK -nın nümayəndəsi və vəkili Vəkil etirazla eyni məzmunlu izahat verməklə FEBA MTK-nın barəsində MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK -nın hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci maddələrinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayonu. 1-ci Alatava yaşayış massivi ünvanında yaşayan vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış "Melissa Park adlı şirkət tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi işlən aparılan zamanı yaşıllıqların məhv edilməsi, tullantıların yaşadıqları evlərə yaxın ərazidə quyular qazılaraq atılmasına görə antisanitar vəziyyət yaranması, görülən işlər zamanı yaranan toz-torpaq və səs-küyün narahatlıq yaratması” məzmunlu kollektiv müraciətlə əlaqədar İdarə əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı müraciətdə qeyd olunan ərazinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 nömrəli, 3xx.xx.2007-ci il tarixli 666 nömrəli, xx.xx.2008-ci il tarixli, 136 nömrəli və xx.xx.2014-cü il tarixli 261 nömrəli sərəncamları ilə Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllədə hündürmərtəbəli yaşayış binalarının və kolec tipli evlərin inşa olunması məqsədilə FEBA MTK-ya ayrılmış 4,47 ha, həmçinin Bakı şəhəri İcra hakimityyəti başçısının xx.xx.2019-cu ii tarixli, 266 nömrəli sərəncamı həmin əraziyə bitişik olan və yalnız abadlıq və yaşıllıq işlərinin aparılması üçün icarə əsasında sözügedən MTK-nın istifadəsinə verilmiş 1,66 ha olmaqla ümumilikdə 6,13 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" MTK tərəfindən inşa edilərək istifadəyə verilmiş yaşayış binalarında və hazırda tikinti iştəri aparılan ərazilərdə formalaşan tullantıların (bərk məişət və tikinti) MTK-ya məxsus torpaq sahəsində quyular qazılmaqla mövcud qanunvericiliyin tələbləri pozularaq qalaqlandığı müşahidə edilmişdir. Həmçinin ərazinin mövcud vəziyyəti ilə peyk görüntülərinin müqayisəli təhlili zamanı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu ii tarixli, 266 nömrəli sərəncamı ilə həmin əraziyə bitişik olan və yalnız abadlıq və yaşıllıq işlərinin aparılması üçün icarə əsasında sözügedən MTK-nın istifadəsinə verilmiş 1,66 ha torpaq sahəsində mövcud olmuş köküstə yaş bioloji inkişafda olan çox sayda yaşıllıqların aparılan söküntü işləri zamanı məhv edildiyi, eyni zamanda ərazidə qalan yaşıllıqların mühafizə qaydalarının kobud şəkildə pozulmaqla məhvinə şərait yaratdığı müəyyən edilmişdir. Araşdırma müddətində məhv edilmiş yaşıllıqlarıın diametyrini və sayını müəyyənləşdirmək mümkün olmamışdır. Araşdırma ilə əlaqədar Şəxs MTK-ya dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq əraziyə baxış keçirilməsinə şərait yaratmaqdan və nümayəndə ayrılmasından imtina edilmişdir. Məhkəmə iclası zamanı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati araşdırma ilə əlaqədar Şəxs MTK-nın nümayəndəsinin iştirakı təmin edilmədiyindən araşdırma tam aparılmamış, inzibati xətanın olmasını təsdiq edən sübutlar nə iş materialarında, nə də məhkəmə proseslərində təqdim edilməmişdir Belə olan halda, həmin hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4, 253.3.1 və 271-ci-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə məsuliyyəti nəzərdə tutur. İnzibati protokol tərtib edən şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən təqdim edilmiş aktdan görünür ki, ərazinin mövcud vəziyyəti ilə peyk görüntülərinin müqayisəli təhlili zamanı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu ii tarixli, 266 nömrəli sərəncamı ilə həmin əraziyə bitişik olan və yalnız abadlıq və yaşıllıq işlərinin aparılması üçün icarə əsasında sözügedən MTK-nın istifadəsinə verilmiş 1,66 ha torpaq sahəsində mövcud olmuş köküstə yaş bioloji inkişafda olan çox sayda yaşıllıqların aparılan söküntü işləri zamanı məhv edildiyi, eyni zamanda ərazidə qalan yaşıllıqların mühafizə qaydalarının kobud şəkildə pozulmaqla məhvinə şərait yaratdığı müəyyən edilmişdir. Araşdırma müddətində məhv edilmiş yaşıllıqlarıın diametrini və sayını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa barəsində protokol tərtib olunan şəxs tərəfindən təqdim edilmiş sənədlərdən isə görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 22/449 saylı belə bir ekoloji ekspertiza rəyi verilib. Həmin rəydə bir daha göstərilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2005-ci il 31 mart və 2007ci il 30 dekabr tarixli 79, 666 nömrəli Sərəncamlarına əsasən Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə Şəxs MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 2014-cü il tarixli 14/131 nömrəli Ayrıc aktına əsasən yaşayış binalarının layihələndirilməsinə icazə verilən ərazinin ümumi sahəsi 4.47 ha təşkil edir. X4 qeyd olunur ki, “Tikinti nəzərdə tutulan ərazi düzən relyefə malik olmaqla yaşıllıqlardan tam azaddır. Göründüyü kimi inzibati protokol tərtib edən şəxs MTK-nın istifadəsinə verilmiş 1,66 ha torpaq sahəsində hansı yaşıllıqların olmasını, həmin yaşıllıqların məhz MTK tərəfindən məhv edildiyi, eyni zamanda ərazidə yaşıllıqlar varsa növü, diametri, adı göstərilməmiş, müəyyən edilməyən yaşıllıqların hansı mühafizə qaydalarının kobud şəkildə pozulmasl və ya məhvinə şərait yaratdığı halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmədə tikinti nəzərdə tutulan ərazi düzən relyefə malik olmaqla yaşıllıqlardan tam azad olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. İnzibati protokol tərtib edən şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən tərtib edilmiş aktdan görünür ki, araşdırma zamanı "xxxx" MTK tərəfindən inşa edilərək istifadəyə verilmiş yaşayış binalarında və hazırda tikinti iştəri aparılan ərazilərdə formalaşan tullantıların (bərk məişət və tikinti) MTK-ya məxsus torpaq sahəsində quyular qazılmaqla mövcud qanunvericiliyin tələbləri pozularaq qalaqlandığı müşahidə edilmişdir. "xxxx" MTK tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, MTK ərazidəki xüsusi mülkiyyətdə olan və olmayan yaşayış evlərinin sahibləri ilə razılaşaraq evləri satın almış və söküntü və tikinti işlərinə başlamışdır. Bu məqsədlə söküntü işlərinin aparılması, sökülən materialların və tullantıların daşınması barədə xx.xx.2023-cü ildə X1 ilə xidməti müqavilə bağlanıb. Həmin müqavilə məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MTK -nın barəsində tərtib olunmuş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun barəsində iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar