Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1182/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, müəyyən etdim: Bakı şəhər Yasamal RPİ-nin X1 Şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş 12 fevral 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin mənasından da göründüyü kimi, məhz avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, inzibati xəta haqqında protokolda qanunla müəyyən edilmiş müddət ərzində sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadığı qeyd edilən “ZİL-131” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC-nin balansında olmadığı müəyyən edilmişdir. Bundan başqa müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1i İdarəsinin Kommersiya qurumunun dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışda isə, “xxxx” MMC-nin yerləşdiyi ünvan ünvan 2nda, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin VOEN-i ********* kimi qeyd olunmuşdur. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışda isə, ”xxxx” MMCnin VOEN-i ********** kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində tərtib olunmuş 12 fevral 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1182/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1182/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver