Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1189/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X3 Bakı Nəqliyyat Agentliyinin 27.03.2021-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 27.03.2021-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X5 27.03.2021-ci il tarixli qərardan şikayəti qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürməklə vermiş və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatəti işə əlavə etməmişdir. Şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X7 oğlu Bakı Nəqliyyat Agentliyinin 27.03.2021-ci il tarixli, BNA ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayəti isə 18.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Digər tərəfdən şikayət aidiyyət qaydaları pozulmaqla verilmişdir. X6 Vəzir oğlunun şikayətindən və həmin şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə portalından çıxarışdan görünür ki, X2 rayonu, Xoruzlu ərazi dairəsi, Xoruzlu kəndində qeydiyyatdadır. Belə olan halda isə sözügedən şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanuna əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 Bakı Nəqliyyat Agentliyinin 27.03.2021-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Məhkəmə həmçinin izah edir ki, gələcəkdə məhkəməyə müraciət edilərkən inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə biləcəyi halına və buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməsi məsələsinə diqqət yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X7 oğlunun Bakı Nəqliyyat Agentliyinin 27.03.2021-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1189/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1189/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver