Məhkəmə qərarları › İş №3(004)-119/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-119/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-119/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi ilə Protokol tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus özəl klinikada xx.xx.2024-cü il tarixdə saat 11:40-da plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar iş və fəaliyyət stasionar ginekoloji tibb fəaliyyəti aşkar olunmuşdur. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 bildirmişdir ki, Gəncə şəhər prokurorluğunda araşdırılması əsasında aparılmış 460-C-24 nömrəli material üzrə komisyon məhkəmə-tibb ekspertizasının rəyinə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, X8 ö vladı Zeynəb Əliyevanın əməliyyatdan sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhər “DNK Hospital”da çanaq boşluğunun MRT müayinəsindən keçmiş və onda sol ovarium normal görünüşdə, sağ ovariumda isə lateral hissədə yerləşmiş 42x38 mm ölçüdə hemorragik kistik kütlə aşkar edilmişdir. Həmçinin çanaq boşluğunda orta həcmdə maye tərkibli yığıntı qeyd edilmişdir. Xəstədə yaranmış bu ağırlaşmanın icra edilmiş ilkin cərahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin təyin etmək mümkün olmamışdır. Belə ki, ilkin əməliyyat zamanı çıxarılmış kista patohistoloji müayinəyə göndərilməmişdir. Bundan başqa Zeynəb Əliyeva xx.xx.2024-cü il tarixdə “Real Hospital" a daxil olmuş və ona “Sağ yumurtalığın kistası. Sol yumurtalığın kistasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, Kəskin qarın diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən “Relaparotomiya. Sağ yumurtalığın rezeksiyası, kistektomiya Sol yumurtalıq güdülünün yenidən işlənməsi. Bitişmələrin ayrılması. Qarın boşluğunun sanasiya və drenajlanması” cərahiyyə əməliyyatı icra edilmişdir. Təkrar cərahiyyə əməliyyatı zamanı sağ yumurtalığın kistası patohistoloji müayinəyə göndərilməli olduğu halda göndərilməmişdir. ona görə də 18 dekabr 2024-cü il tarixdə klinikada plandankənar yoxlama keçirilmiş və klinikanın sertifikasiyadan kənar fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Ona görə də hesab edir ki, protokol əsaslıdır və klinika barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X10 izahatında göstərmişdir ki, X8 övladı Zeynəb Əliyevanın əməliyyatdan sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhər “DNK Hospital”da çanaq boşluğunun MRT müayinəsindən keçmiş və onda sol ovarium normal görünüşdə, sağ ovariumda isə lateral hissədə yerləşmiş 42x38 mm ölçüdə hemorragik kistik kütlə aşkar edilmişdir. Həmçinin çanaq boşluğunda orta həcmdə maye tərkibli yığıntı qeyd edilmişdir. Zeynəb Əliyeva xx.xx.2024-cü il tarixdə Kəskin qarın diaqnozu ilə “Real Hospital" a daxil olmuş və ona təcili yardım göstərilməklə əmıliyyat olnunmuşdur. Əməliyyat ginekoloji deyil, ümumi cərrahiyyənin səlahiyyəti çərçivəsində icra edilmişdir, xəstənin də vəziyyəti yaxşıdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində iştirak etmiş cərrah X5 bildirmişdir ki, tibb üzrə ixtisaslı alim, tanınmış cərrahdır. X8 övladı Zeynəb Əliyevanın əməliyyatdan sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhər “DNK Hospital”da çanaq boşluğunun MRT müayinəsindən keçmiş və onda sol ovarium normal görünüşdə, sağ ovariumda isə lateral hissədə yerləşmiş 42x38 mm ölçüdə hemorragik kistik kütlə aşkar edilmişdir. Həmçinin çanaq boşluğunda orta həcmdə maye tərkibli yığıntı qeyd edilmişdir. Bundan başqa Zeynəb Əliyeva xx.xx.2024-cü il tarixdə Kəskin qarın diaqnozu ilə “Real Hospital" a daxil olmuş və ona təcili yardım göstərilməklə əmıliyyat olnumuşdur. Əməliyyat ginekoloji deyil, ümumi cərrahiyyənin səlahiyyəti çərçivəsində icra edilmişdir, xəstənin də vəziyyəti yaxşıdır. Həmin əmıliyyatı heç ginekoloq icra edə bilməzdi. O, xəstəni əməliyyat etməsəydi həyatını itirərdi. Əməliyyat zamanı o qasıq nahiyəsindən qarın boşluğuna daxil ola bilməmişdir, çünki ilkin əmıliyyatda xəstənin bağırsağı dərisiylə bərabər tikilmiş, həm də bağırsaq yumurtalığa bitişmişdir, o, əliylə çətinliklə bağırsağı yumurtalıqdan və dəridən ayırmışdır, yumurtalıqda olan kista isə sulu kimi olmaqla əlində əməliyyat sırasında partladığından patohistoloji müayinəyə göndərə bilməmişdir. Əgər vaxtında müdaxilə olunmasaydı xəstə ölə bilərdi. Ona görə də ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə şahid qismində iştirak etmiş X11 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər “DNK Hospital”da çanaq boşluğunun MRT müayinəsindən keçmiş və onda sol ovarium normal görünüşdə, sağ ovariumda isə lateral hissədə yerləşmiş 42x38 mm ölçüdə hemorragik kistik kütlə aşkar edilmişdir. Həmçinin çanaq boşluğunda orta həcmdə maye tərkibli yığıntı qeyd edilmişdir. Onda yaranmış bu ağırlaşmanın icra edilmiş ilkin cərahiyyə əməliyyatından sonra vəziyyəti ağır olduğundan cərrah Famil Sevdiməliyevə müraciət etmişdir. Doktor ona təcili müayinədən keçməyi və nəticəni ona göndərməyi tapşırmışdır. O, doktorun dediyi kimi müayinədən keçmiş, nəticələri həkimə telefonla göndərmiş, müayinədən sonra dərhal “Real Hospital" xəstəxanasına gəlmiş və xx.xx.2024cü il tarixdə təcili əməliyyata girmişdir. O, Gəncə şəhər prokurorluğuna Real Hospital”dakı həkimdən deyil, Gəncə şəhər “DNK Hospital”da çalışan həkimdən şikayət etmişdir. Hazırda cərrah Famil Sevdiməliyevin sayəsində o, həyatdadır və yaşayır. Ona görə məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan özəl tibb müəssisəsinin plandankənar 23 dekabr 2024cü il tarixli, 725 saylı yoxlama aktına əsasən yoxlamanın birinci sualı üzrə ümumi cərrah X5 ginekoloji iş və fəaliyyətin həyata keçirilməsi üçün sertifikasiya şəhadətnaməsindən keçmişdir. Yoxlamanın ikinci sualı üzrə tibbi qeydiyyat sənədləri natamamdır. Yoxlamanın üçüncü sualı üzrə qeyd edilir ki, lisenziyadan kənar iş və fəaliyyət staionar ginekoloji iş və fəaliyyət aşkar edilmişdir. Fotoşəkillər çəkilməklə iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan AH 056589 saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, X2 21 fevral 2024-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və onun Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan Real Hospitaldan verimiş çıxarışdan görünür ki, X7 adına “Real Hospitaf’da tərtib edilmiş çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə qarının aşağı hissəsində olan ağrı, ümumi zəiflik, halsızlıq şikayətləri ilə daxil olmuşdur. Xəstəliyini xx.xx.2024-cü il rixdə X3 “Sol yumurtalığın kistası” diaqnozu ilə keçirilmiş olan cərrahi əməliyyatla əlaqələndirir. Xəstəyə aparılmış klinik, laborator və strumental müayinələr əsasında “Sağ yumurtalığın kistası. Kəskin qarın” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə “Relaparotomiya. Sağ yumurtalığın rezeksiyası, stektomiya. Sol yumurtalıq güdülünün yenidən işlənməsi. Bitişmələrin ayrılması, qarın boşluğunun sanasiya və drenajlanması” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keşmişdir. xx.xx.2024-cü il tarixdə xəstə nisbi kafi vəziyyətdə evə yazılmışdır. Diaqnoz: “Sağ yumurtalığın kistası. Sol yumurtalığın kistasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Kəskin qarın diaqnozu “ qoyulmuşdur. Gəncə şəhər prokurorluğundan araşdırılması aparılmış 460-C-24 nömrəli material üzrə TƏBİB-ə ünvanlanmış məktubdan görünür ki, Gəncə şəhər prokurorluğunda araşdırılması aparılmış 460-C-24 nömrəli material üzrə komisyon məhkəmə-tibb ekspertizasının rəyinə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, X8 övladı Zeynəb Əliyevanın əməliyyatdan sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhər “DNK Hospital”da çanaq boşluğunun MRT müayinəsindən keçmiş və onda sol ovarium normal görünüşdə, sağ ovariumda isə lateral hissədə yerləşmiş 42x38 mm ölçüdə hemorragik kistik kütlə aşkar edilmişdir. Həmçinin çanaq boşluğunda orta həcmdə maye tərkibli yığıntı qeyd edilmişdir. Xəstədə yaranmış bu ağırlaşmanın icra edilmiş ilkin cərahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin təyin etmək mümkün olmamışdır. Belə ki, ilkin əməliyyat zamanı çıxarılmış kista patohistoloji müayinəyə göndərilməmişdir. Bundan başqa Zeynəb Əliyeva xx.xx.2024-cü il tarixdə “Real Hospital" a daxil olmuş və ona “Sağ yumurtalığın kistası. Sol yumurtalığın kistasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, Kəskin qarın diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən “Relaparotomiya. Sağ yumurtalığın rezeksiyası, kistektomiya Sol yumurtalıq güdülünün yenidən işlənməsi. Bitişmələrin ayrılması. Qarın boşluğunun sanasiya və drenajlanması” cərahiyyə əməliyyatı icra edilmişdir. Təkrar cərahiyyə əməliyyatı zamanı sağ yumurtalığın kistası patohistoloji müayinəyə göndərilməli olduğu halda göndərilməmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatlan”nın 50.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”)pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 №-li əmrlə təsdiq edilmiş nümunəvi vəzifə təlimatına görə tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirmə işlərinin aparması həkimlərin üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmçinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsinə (Pasiyentin hüquqları) görə pasiyentin sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ vardır, 25-ci maddəsinə (Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ) əsasən isə, vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Həmçinin vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Odur ki, gələcəkdə bu kimi halların baş verməməsinin və təkrar olunmasının qarşısının alınmasından ötrü təqdimat müzakirə olunması və zəruri tədbirlər görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 4 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxildir. Ona görə də hazırki xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti Real Hospitalda əməliyyatın keçirildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmin tarixdən isə 04 aydan da çox vaxt keçmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü, 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək həmin müddətin başa çatdığını, həmçinin həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 23 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar