Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1196/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X5, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanındakı Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 may 2021-ci il tarixdə ünvan 4 ünvanında dayanmış “Kia Sportage” markalı avtomobilin arxa şüşəsini sındırmaqla içərisində 140 manat nəğd pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, 340 manat dəyərində “Redmi” markalı mobil telefonu gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, Şəxs əvvəllər də törətdiyi xırda talama xətasına görə barəsində inzibati həbs növündə tənbeh tədbiri təyin edilmiş və o, təxminən 20 gün müddətdir ki, İnzibati həbs olunanların saxlanılma məntəqəsindən azad edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 15 may 2021-ci il tarixdə ünvan 5 ünvanı qarşısında dayanmış qara rəngli “Kia Sportage” markalı avtomobilin sağ arxa şüşəsini sındıraraq avtomobilin arxa oturacağında olan “Redmi” markalı mobil telefonu və içərisində 140 manat pul olan pul kisəsini oğurlayaraq oradan uzaqlaşmışdır. O, əlavə olaraq qeyd etdi ki, hadisəni narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə törətmişdir. Verilmiş suallar əsasında Şəxs bildirmişdir ki, “Redmi” markalı mobil telefon zərərçəkmiş şəxsə qaytarılsa da, 140 manat pulun qaytarılması mümkün olmamışdır və vurulmuş zərəri ödəmək imkanı olmadığından zərər çəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərər çəkmiş şəxs X1 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, zərər çəkmiş şəxs X3 15 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək və Yasamal RPİ-nin 29-cu PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15 may 2021-ci il tarixdə səhər saatlarında ünvan 4 ünvanında saxladığı “Kia Sportage” markalı **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobilindən şüşəsinin sındırılması yolu ilə naməlum şəxs tərəfindən arxa oturacaqda içərisində 140 manat nəğd pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin və “Redmi” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-də aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən görünür ki, Şəxs qeyd olunan faktın onun tərəfindən törədilməsini ilkin təhqiqat araşdırması zamanı da etiraf etmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemi çıxarışından və Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 3(004)-532/2021 nömrəli qərarından görünür ki, Şəxs 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 227 və 232.1ci maddələri ilə təqsirli bilinmiş və barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 17 may 2021-ci il tarixli 742 nömrəli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktın məzmunundan görünür ki, aparılmış müayinə zamanı Şəxs götürülmüş bioloji nümunədə AMP (+), MOP, OPİ (+) aşkar olunmuşdur. Həmçinin, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Qərib Məmmədov tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli raportdan müəyyən edilir ki, Şəxs həmin tarixdə ünvan 6 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs 17 may 2021-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa məhkəmə 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və hazırki inzibati xətanı isə sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 may 2021-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 17 may 2021-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1196/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1196/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver