Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1198/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan Mitsubishi Pajero markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edərək azyaşlı övladlarını Milli Konservatoriyanın qarşısında düşürərkən arxada DYP maşınının dayandığını və dövlət yol polis əməkdaşının ona yaxınlaşdığını görmüşdür. Yol polisi əməkdaşı ona bildirib ki, Ələsgər Ələkbərov küçəsində hərəkətdə olarkən svetaforun qadağanedici işığı yanarkən hərəkəti davam etdirmişdir və buna görə protokol tərtib edəcək. O, yol hərəkəti qaydalarını pozmadığını, əgər mövcuddursa görüntülərə baxmaq istədiyini bildirdikdə, DYP əməkdaşı onu “söhbət etmək” üçün xidməti avtomobilinə “dəvət” etdi. O, iki dəqiqəyə uşaqları Konservatoriyanın qapısından içəri yola salıb qayıdacağını dedikdə DYP əməkdaşı avtomobilə əyləşib ordan uzaqlaşdı. Sonradan ASANPAY vasitəsilə İXP ******* nömrəli protokol tərtib edilməsi, ona 100 manat məbləğində cərimə və 3 cərimə balı olunmağı ilə bağlı bildiriş gəldi. Lakin həmin bildirişə baxarkən orda foto və video görüntü yerinin boş olduğunu, pozuntuya dair hər hansı məlumat yerləşdirilmədiyini görüb. Bununla bağlı xx.xx.2025-ci il tarixdə elə ASANPAY vasitəsilə şikayət yazaraq hər hansı pozuntuya yol vermədiyini, pozuntuya dair görüntü mövcud olmadığını bildirirək protokolun, cərimə məbləğinin və balın silinməsini xahiş edərək, əks halda məhkəməyə müraciət edəcəyini bildirib, təkrar olaraq xx.xx.2025ci ildə bununla bağlı yenidən xatırlatma etmişdir. Lakin bununla bağlı ona hər hansı bildiriş, görüntülərə baxmaqla bağlı çağırış gəlmədən, xx.xx.2025-ci il tarixdən cərimə məbləğinə dəbbə pulu hesablanmağa başlayıb. xx.xx.2025-ci il tarixdə isə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olan M-1539 nömrəli məktubla müraciətinə baxıldığı, “Təhlükısiz şəhər” kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı qayda pozuntusunun öz təsdiqini tapdığı bildirilmiş, narazı qalacağı təqdirdə məhkəməyə müraciət etməy “məsləhət” görülmüşdür. Əlavə olaraq “diqqətinə çatdırılmışdır” ki, mövcud qanunvericiliyə əsasən, yalnız foto və videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməkliyilə aşkar edilən inzibati xətalara dair videomateriallar elektron kabinetə yerləşdiririlir. Tərtib edilmiş protokolu və xx.xx.2025ci il tarixli, M-1539 nömrəli məktubda göstərilənləri əsassız və qanunsuz hesab edir. O, hər hansı qayda pozuntusuna yol verməmişdir və əgər belə bir pozuntu mövcud olsaydı, o zaman DYP əməkdaşı görüntüləri ona göstərmədən hadisə yerindən uzaqlaşmazdı “Mövcud qanunvericiliyə əsasən, yalnız foto və videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməkliyilə aşkar edilən inzibati xətalara dair videomateriallar elektron kabinetə yerləşdiririlir” cümləsindəki mövcud qanunun adı, bəndi, xüsusi texniki vasitələrin harda olmalı olduğu qeyd edməmişdir ki, bu da işin halları üçün çox vacibdir. Çünki həmin xüsusi texniki vasitələr DYP əməkdaşlarına verilmiş xidməti avtomobillərdə mövcuddur və onların iddia etdiyi kimi, həmin avtomobil onun arxasınca gəlirdisə, o zaman bu görüntülər onlarda mövcud olmalı idi. TŞ görüntülərinə baxışın nə vaxt keçirilməsi, həmin baxışın onun müraciəti ilə bağlı keçirildiyi halda onun nə üçün dəvət olunmamağı, dəvət olunmuşdursa, bununla bağlı cavab məktubunda nə üçün qeydin yer almadığı ilə bağlı məlumatlar mövcud deyil. Halbuki, bu da iş üçün böyük əhəmiyyət kəsb edir. Çünki, baş vermiş hər hansı hadisə ilə bağlı ərazidə mövcud olan TŞ görüntülərinə baxış keçirilməsini xahiş etdikdə, aidiyyəti qurum bu görüntülərin yalnız 1 ay saxlanıldığını bildirir və görüntülərin verilməsindən və yaxud da ona baxmağa şərait yaradılmasından imtina edir. Lakin, sənədlərdən və verilmiş cavabdan da göründüyü kimi, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, onun ASANPAY vasitəsilə verdiyi şikayət isə xx.xx.2025-ci ildə olmuşdur. Ona verilən cavab məktubu isə hadisənin baş verməsindən 53 gün sonra tərtib edilmişdir. Belə olduğu təqdirdə TŞ görüntülkərinə baxış keçirilməsinin hadisə baş verəndən 1 ay sonra və yaxud da əvvəl olması aydınlaşmır. Əslində məsələnin mahiyyəti aydındır, çünki pozuntu baş vermədiyi üçün görüntünün olması da mümkün deyildir. Əgər belə bir şey olsaydı, görüntülərə baxış keçirilərkən, o dəvət olunardı və yaxud da, cavab məktubunda baxış keçirilməsinin tarixi qeyd oluradı. Aydındır ki, məhkəmə prosesində həmin görüntülər tələb olunacağı təqdirdə, hadisədən 1 aydan çox vaxt keçdiyi və həmin görüntülərin mövcud olmadığı bildiriləcək. Bundan başqa, sübuta yetirilməyən bir “xəta” barəsində şikayət etməyinə və həmin şikayətin xx.xx.2025-ci il tarixdə yarımçıq cavablandırılmağına baxmayaraq, xx.xx.2025-ci il tarixdən dəbbə pulu hesablanmağa başlamışdır. Belə çıxır ki, hətta o, həmin xətanı törətsə belə, cavab ona görə gecikdirilib ki, o əlavə dəbbəpulu ödəsin?! xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun və həmin protokol əsasında tərtib edilmiş eyni tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 28 dekabr 2024-cü il tarixdə saat 11:05 radələrində “MİTSUBİSHİ PAJERO minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X9 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X3 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Həmçinin şikayətçi şikayətində həmin elektron qərarın onun elektron kabinetinə gec yerləşdirilməsini qeyd etsə də, iş materiallarında olan çıxarışdan da görünür ki, cərimə elektron kabinetə elə həmin gün xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Ona görə də şikayətçinin həmin yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1198/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1198/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver