Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-12/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDİ: X2 və onun nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, inzibati xəta üzrə təqsirləndirilən şəxs İtaliya Respublikası vətəndaşıdır və Azərbaycan respublikasından qanuni əsaslarla yaşayır və "xxxx" Təhsil kompleksi MMC-nin direktoru vəzifəsində çalışır və işləyir. Francesco Banchinin direktoru olduğu təhsil kompleksi Azəraycan Respublikası vətəndaşları olan şagirdlərə yüksək keyfiyyətli təhsil xidməti təqdim etməklə onlarn ölkənin və dünyanın qabaqcıl Ali Təhsil müəssisələrində təhsilini davam etdirməsinə səbəb olur. Təhsil keyfiyyətini daim yüksək tutmaq məqsədilə bir çoxu yerli olmaqla, müəyyən hissəsi xarici ölkə vətəndaşları olan peşəkar müəllimləri işə götüria və onlar üçün zəruri təhsil şəraitini yaradır. Belə ki, Bolqarıstan Respublikası vətəndaşı olan X6 təhsil müəssisəsində xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə intensiv dil öyrətmə müəllimi kimi işə qəbul edilmişdir. Elə həmin tarixli müqaviləyə əlavə ilə də tərəflər öz üzərlərinə müəyyən öhdəlik və vəzifələr götürmüşlər. Beynəlxalq müəllimlər üçün tənsil müəssisəmizdə ən azı 2 il işləməsi kimi bir öhdəlik müqavilə ilə müəyyən edilmişdir. Çünki, bir qayda olaraq xarici müəllimlərin işə cəlb edilməsi və həmin müəllimin ixtisaslaşması üçün Beynəlxalq müəllimlər üçün tədris kursu olan İTC Şirkətində təlim kursunda iştirak edirlər və həmin təlim kursunun xərcləri "xxxx" təhsil kompleksi tərəfindən qarşılanır. Nəticə etibarı ilə adıçəkilən müəllim məktəbin bu şərtləri ilə razılaşmış və məktəbdə fəaliyyətə başlamışdır. Daha sonra müəllim yay tətilində öz ölkəsinə getmiş və hər hansı ciddi əsas göstərmədən işdən çıxması ilə bağlı müraciət etmişdir. Xarici müəllimlərin dərhal işə cəlbedilməsi imkanının olmaması, o cümlədən müəllimə Tanya Nedyalkovanın yeni tədris ilinə hazırlanması üçün zəruri daxili təlim proqramlarında yerli müəllimlərə təlm keçməli olması əsasını, habelə müqavilə ilə ən azı 02 il ərzində bizdə işləməsi kimi bir öhdəliyinin olması əsas gətirilərək məktəb tərəfindən işə dəvət edilmişdir. O isə işə gəlməməyə davam etmişdir və nəticədə iş yerində işin icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, 19,20,21 Avqust tarixində məktəbin ibtidai təhsil pilləsinin müdiri Kamilla Orucovanın yanında keçirilən heyət iclasında müəyyən olunmuşdur ki, Tanya Pakova işə gəlmədiyindən onun tərəfindən yerli müəllimlər üçün keçirilməli olan dərslər və dərs ilinə hazırlıq təlimləri keçirilməsi baş tutmamışdır. Nəticədi 15 Sentyabra qədər onun tərəfindən keçirilməli olan dərslər beynəlxalq müəllim işə cəlb edilmədiyindən baş tutmamışdır. Bununla da məktəbdə təhsil və tədris intizamının normal ahəngi pozulmuş və məktəb yeni beynəlxalq müəllimin cəlb edilməsi üçün əlavə xərc çəkməyə məruz qalmışdır. Məhz bu göstərilənlər əsas götürülərək Pakova Nadya 21 Avqust 2024-cü il tarixli 70-ci maddənin “ç“ bəndinə əsasən işdən çıxarılmışdır. Habelə mühasibatlığın araşdırması zamanı müəyyən edilmişdir ki, Tanya Pakovaya ödənilməli olan məzuniyyət pulundan daha artıq ödəniş həyata keçirilmişdir. Hazırda Yasamal rayon Məhkəməsində Tanya Pakovadan məktəbə vurduğu zərərin ödənilməsi, pul tələbinə dair iddiaya baxılmaqdadır. Tanya Pakovanın müraciəti əsasında cavabdeh qurum tərəfindən araşdırnma başladılmışdır ki, cavabdeh qurumun araşdırma üçün məktəbə göndərdiyi bütün bildirişlər təyin edilən araşdırma günü və saatından sonra məktəbin ünvanına çatmışdır. Sadəcə bir halda vaxtında çatan bildiriş üzrə təyin edilmiş iclasda Məktəbin nümayəndəsi qismində Mühasib və Direktor özü iştirak etmək istəsə də cavabdeh qurum onlayn qaydada keçirilən iclası yarıda kəsmiş, heç bir araşdırma aparmamış və Qərar qəbul edildi deməklə kifayətlənmişdir. Bildirirəm ki, barəmizdə olan şikayətin araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X4 xidmətinin rəis müavini Fərid Bağırovun adından bildiriş məktubu daxil olmuşdur. Bildiriş məktubunda göstərilən tarix və saatda, yəni xx.xx.2024-cü il tarixində saat 15:00-da onlayn formada ZOOM platformasında video konfrans vasitəsilə görüşdə məktubda qeyd edilən məsələnin tam və hərtərəfli araşdırılması üçün məktəbin maliyyə meneceri Amil Şahverdiyev ona cəmiyyət tərəfindən verilmiş səlahiyyətli etibarnamə əsasında iştirak edirdi. Araşdırma qeyd edilən vaxtdan 5 dəqiqə gec olmaqla başladı, qurumu təmsil edən Vüsal Musalı cəmiyyəti təmsil edən Amil Şahverdiyev idi. Amil Şahverdiyev aidiyyatı üzrə səlahiyyətli etibarnaməni Vüsal Musalıya göstərdi, lakin Vüsal Musalı həmin etibarnamənin notarius tərəfindən təsdiqlənmədiyindən və məktəbin direktoru olan Franchesco Banchinin adından notarius təsdiqli etibarnamə verilmədiyindən qanuni hesab etmədi və Amil Şahverdiyevin səlahiyyətsiz olduğunu bildirdi. Cəmiyyətin nümayəndəsi buna etiraz etməsinə baxmayaraq Əmək Müfəttişliyi Xidmətinin Baş İdarəsinin əməkdaşı Vüsal Musalı öz qanunsuz mövqeyində qalmağa davam etdi. Vüsal Musalı cəmiyyətin etibarnamə üzrə səlahiyyətli şəxsi Amil Şahverdiyevin araşdırmada iştirakına qanunsuz olaraq mane olmaqla yanaşı, araşdırmaya qoşulan cəmiyyətin direktoru cənab Franchesco Banchininin də iştirakı ilə hər hansı araşdırılma aparmadı. Vüsal Musalı cəmiyyətin direktoru Franchesco Banchinini onlayn qoşulduğu iclasda 5 dəqiqədən artıq səssiz formada gözlətdi və daha sonra onlayn iclasa qoşularaq məsələ ilə bağlı qərarın qəbul olunduğunu bildirdi. X7 nədən ibarət olduğunu soruşsa da, əməkdaş X8 bildirməkdən imtina etdi, qərarın nədən ibarət olmasını bildirmək səlahiyyəti olmadığını, adını açıqlamadığı rəhbərin bildirə biləcəyini söylədi. Nəticədə, cəmiyyət olaraq İnzibati xəta ilə bağlı araşdırma aparan orqanın dəvəti ilə bildirişdə qeyd edilən tarix və saatda, onlayn qaydada araşdırmaya qoşulsalar da, tərəf olaraq məsələ ilə bağlı məlumat verilmədən, məsələ ilə bağlı təqdim edəcəkləri sübutlar qiymətləndirilmədən və hər hansı araşdırma aparılmadan qərar qəbul olunduğu bildirildi. İnzibati xəta haqqındakı məsələnin bu qaydada araşdırılması tamamilə qanunsuz və əsassızdır. Cavabdeh qurum tərəfindən onlayn qaydada təşkil olunan, lakin keçirilməyən iclasın video yazısı cavabdeh qurum tərəfindən aparılmaqda və saxlanılmaqdadır. Xahiş edirəm ki, işin tam hərtərəfli və obyektiv araşdırılması üçün cavabdeh qurumda saxlanılan xx.xx.2024-cü il tarixində saat 15:00-da onlayn formada ZOOM platformasında video konfransa dair video görüntülərin əldə edilməsi üçün cavabdeh quruma sorğu göndərəsiniz. xx.xx.2024-ci il tarixli İnzibati Xəta haqqında MN ******* nömrəli Qərarın ləğv edilməsinə dair Qərar qəbul edib, inzibati xəta haqqında iş üzrə icraata xitam verəsiniz. Şikayətçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını və mübahisləndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayətin rədd edilməsini xahiş edir. Əmrin verilməsi əsası düzgün qoyulmamışdır. Hüquqi şəxs niyə müəlliməni ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməsini əsaslandırmayıb. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən işçi PakovaTanya Nedyalokvanın əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğuna görə işəgötürən Francesco Banchini İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib 1700 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol əsasında qəbul edilmişdir. Hazırkı iş üzrə şikayətdən və iş materiallarından görünür ki, işəgötürən Francesco Banchininin imzaladığı xx.xx.2024-cü il tarixli əmrinin məzmununda göstərilmişdir: PakovaTanya Nedyalokva Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 21 avqust 2024-cü il tarixdə işdən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əsas: Rəhbərinin xidməti yazısı və işə gəlməməsi ilə bağlı aktlar. Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. ƏM-nin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. ƏM-nin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əməl edilməməklə, qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin əmrdə əsas kimi işçinin işə gəlməməsi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan 06 avqust 2024-cü il tarixli çıxarışdan görünür ki, X5 Pakovaya mail ünvanlamış və onun imzası olan sənədi aldığını və bunun səbəbləri barədə danışmaq istədiyini bildirmişdir. Həmçinin iş materiallarında olan ərizənin sürətindən və xx.xx.2024-cü il tarixli çatdırılma haqqında poçt qəbzindən görünür ki, Tanya Pakova işdən çıxması barədə “Avropa Azərbaycan Məktəbinə” ərizə ünvanlamış, həmin ərizəni müəssisənin əməkdaşı “Eyvazlı” soyadlı şəxs imzalayaraq xx.xx.2024-cü il tarixdə almışdır. Beləliklə müəssisənin direktoru xx.xx.2024-cü il tarixdə Tanya Pakovanın işdən azad edilməsi barədə ərizəsini almış və ona xx.xx.2024-cü il tarixdə işdən çıxmasının səbələri barədə danışmaq istədiyini mail vasitəsi ilə yazmışdır. Bununla da direktor onun işə gəlməyəcəyi barədə 06 avqust 2024-cü il tarixdə artıq xəbərdar olsa da, xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrdə Tanya Pakovanın işə gəlməməsini əsas gətirmişdir. Bununla da X3 əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, inzibati xəta törədilmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və onun nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-12/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-12/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver