Məhkəmə qərarları › İş №3(004)-1204/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1204/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1204/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin MN ******* saylı 02.04.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin MN ******* saylı 02.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 02.04.2020-ci il tarixxli qərarından şikayət verərək, inzibati xəta haqqında protokolun və inzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətdə və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun barəsində yasamal RPİ-nin 26-cı PB-nin polis leytenantı X4 tərəfindən karantin rejini qaydalarını (maska) istifadə edilmədiyinə görə) pozulmasına dair ******* nömrəli, 02.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Həmin tarixdə maskadan məcburi istifadə olunmasına dair norma nəzərdə tutulmamışdı. Yalnız 02.06.2020-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı 211.2-ci maddə inzibati qanunuvericiliyə daxil edilmişdir. Həmin maddəyə əsasən fiziki şəxslər 50 manat məbləğində cərimə edilirdi. 29 iyun 2020-ci ildə Azərbaycan Respublikasının qanunu ilə 211.2-ci maddəsinin sanksiyasında dəyişiklik ediləərk, fiziki şəxslər 100 manat cərimə edilməsi təsdiq olunmuşdur. Göründüyü kimi, 02.04.2020-ci il tarixdə maskadan istifadə etmənin məcburiliyi nəzərdə tutulmamışdır və tövsiyyə xarakteri daşımışdır. Həmçinin inzibati xəta hqqında prtokol şəxsən onun iştirakı olmadan tərtib olunmuş, onun tərəfindən imzalanmamışdır. Protokolda imzanın hansı səbəbdən olmamasının göstərilməməsi də bunun sübutudur. Qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, onun barəsində inzibati icraat aparılan şəxsin iştirakı təmin olunmadan qərar qəbul olunmuşdur. Xüsusi karantin rejimi çərçivəsində ölkə ərazisində hərəkət məhdudiyyətləri 05.04.2020-ci il tarixdə saat 00:00-dan tətbiq olunmuşdur. Ona görə də qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin MN №0477279 nömrəli, 02.04.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu və onun əsasında qəbul edilmiş 02.04.2020-ci il tarixli qərarına əsasən X6 02.04.2020-ci il tarixdə günorta saat 12:18 radələrində ünvan 1 ünvanın həyətində karantin rejimi qaydalarını pozaraq əlcək və maskadan istifadə etmədiyinə görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Bununla da şəxs 02.04.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə fərdi qoruyucu vasitələrdən, yəni “maska”dan istifadə etməməyən inzibati məsuliyyətə səbəb olması barədə norma olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində COVİD-19 infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s) istifadə edilməlidir: 1.1. nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı 29.05.2020-ci il tarixdə qəbul edilidyindən, barəsində şikayət verilən inzibati qərarın qəbul edildiyi 02.04.2020-ci il tarixdə X3 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İXM-nin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 02.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 02.04.2020-ci il tarixli qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar