Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1207/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, X1 AYNA-nın xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, AYNA-nın xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Barəsində şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan hal isə, yəni barəsində şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 AYNA-nın xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AYNA-nın xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1207/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1207/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver