Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1209/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 97 A, mənzil 85 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3029/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq X2 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 saylı 09 iyun 2023-cü il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment borclu Şəxs tutularaq X2 verilməsi müəyyən edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, eyni zamanda icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3029/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq X2 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 saylı 09 iyun 2023-cü il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment borclu Şəxs tutularaq X2 verilməsi müəyyən edilmişdir. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq xx.xx.2021ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmiş və onun tərəfindən şəxsən imzalanmaqla rəsmi qaydada təhvil alınmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. Eyni zamanda digər zəruri məcburi icra tədbirləri görülmüşdür. Hazıradək icra işi üzrə müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Lakin borclu bütün bu tədbirlərə, o cümlədən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməmiş, yəni icra sənədi üzrə hazıradək ödənişləri vaxtlı-vaxtında və tam olaraq icra etməmiş, buna görə də ümumilikdə 5268 manat məbləğində borcu yaranmışdır. İcra sənədləri üzrə tələbkar isə dəfələrlə İcra şöbəsinə müraciət edərək borcun tam şəkildə ödənilməsini və borclu barəsində zəruri təsir tədbirlərinin görülməsini tələb etmişlər. Hətta bəzən borclu çağırışlara gəlməkdən imtina etdiyinə görə barəsində axtarış elan edilmişdir. Yalnız axtarışla Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da icra şöbəsinə gətirilmişdir. Odur ki, Şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, icra məmuru X10 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, icra sənədləri üzrə oktyabr ayından hal-hazıradək 470 manat aliment ödəmişdir. Taksi fəaliyyəti ilə məşğuldur. İşləri zəif olduğuna görə ödənişləri tam şəkildə ödəməyə maddi imkanı çatmır və ödəyə bilmir. Gələcəkdə həmin borcu hissə-hissə ödəməyə hazırdı. Hazırda 5268 manat məbləğində borcunun olmasını qəbul edir. Göstərilən halların nəzərə alınmasını, məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən bildirdi ki, hazırda borcdan hər hansı məbləğ ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən X9 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3029/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq ona verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3042/2023 saylı 09 iyun 2023-cü il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment borclu Şəxs tutularaq ona verilməsi müəyyən edilmişdir. İcra sənədləri üzrə borclunun 5268 manat borcu vardır. Aliment borcunun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən, tələbkar X9 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməklə həbs tənbeh tədbirinin seçilməsi məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3029/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq X2 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3042/2023 saylı 09 iyun 2023-cü il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment borclu Şəxs tutularaq X2 verilməsi müəyyən edilmişdir. İcra sənədi aliment ödənişi ilə bağlı olduğundan dərhal icrası müəyyən edilmişdir. O, icraata başlanılması haqqında qərarı və tələbin könüllü icrasına dair bildirişi şəxsən imzalamaqla rəsmi qaydada təhvil almışdır. Bundan başqa borclu Şəxs tələbin könüllü icrasına dair bildirişə əsasən, eyni zamanda Yasamal rayon İcra şöbəsində izahatı alınarkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Tələbkar tərəfindən isə İcra şöbəsinə dəfələrlə məcburi icra tədbirləri barədə vəsatət daxil olmuşdur. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Şəxs barəsində axtarış elan edilməsi haqqında qərar icra edildiyindən axtarış tədbirləri həmin tarixdə dayandırılmışdır. Məhkəmə iclasında araşdırma zamanı protokol tərtib etmiş icra məmuru borclunun xx.xx.2024-cü il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən şöbəyə gətirilməsini bildirmişdir. Məhkəmə icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirib və onun tərəfindən göstərilənlərə tənqidi yanaşaraq hesab edir ki, Şəxs icra sənədi üzrə azyaşlı uşaqlarıın saxlanılması üçün zəruri olan vəsaiti vaxtlı-vaxtında ödəməməsi öz öhdəliklərindən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmış və hal-hazıradək onun icra sənədləri üzrə ümumilikdə 5268 manat məbləğində borcu yaranmışdır. Bununla da, Şəxs icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə, eyni zamanda icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni Yasamal rayon İcra şöbəsinə gətirildiyi vaxtdan 28 fevral 2024-cü il tarixdən saat 10:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 28 fevral 2024-cü il tarixdən saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1209/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1209/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver