Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1214/2024 28.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 15.220 (on beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ilə məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək guya MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qeyd etmişdir. Hesab edir ki, Şəxs MMC İXMnin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Şəxs MMC ilə “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” ŞİRKƏTİ arasında xx.xx.2021-ci il tarixdə malların alqı-satqısına dair müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən Şəxs MMC tərəfindən ümumi dəyəri 31.220 ABŞ dolları məbləğində rabitə avadanlığı sifariş edilmişdir. Adıçəkilən müqaviləyə uyğun olaraq Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesablaşma hesabından 30.644 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə köçürmə yolu ilə “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinə ödənilmişdir. Müqavilə bağlandıqdan sonra “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” ŞİRKƏTİ tərəfindən müqavilədə qeyd olunan mal Azərbaycan Respublikasına yola salınmış və həmin mal xx.xx.2021-ci il tarixli gömrük bəyənnaməsinə uyğun olaraq ölkəyə idxal edilmişdir. Daha sonra “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkəti Şəxs MMC-yə məktubla müraciət edərək göndərilən malın İran İslam Respublikası vasitəsilə Azərbaycan Respublikasına daxil olması səbəbindən, eləcə də dünya üzrə İran İslam Respublikası üzərindən həyata keçirilən daşımalar zamanı embarqo tətbiq edilməsi səbəbindən köçürülmüş pul vəsaitini geri qaytarmış və həmin avadanlıq üzrə pulun yenidən köçürülməsini xahiş etmişdir. Həmçinin ödənilmiş 30.549 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin bankdakı hesablaşma hesabına geri qaytarılmışdır. Hər iki şirkət arasında aparılmış şifahi danışıqlar zamanı artıq idxal olunmuş malların ödənişi üzrə yeni müqavilə formatında ödənişin edilməsi qərara alınmışdır. Buna görə də, tərəflər arasında formal olaraq yenidən xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə üzrə ödənilməli olan 31.220 ABŞ dolları pulun bir hissəsi, yəni 15.220 ABŞ dolları xx.xx.2022-ci il tarixdə yenidən həmin şirkətə köçürülmüşdür. Odur ki, göstərilənlərin nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 200040.00 AZN, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 81 olan Şəxs MMC xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X2r. (VÖEN: **********) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CDATUX********** nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Şəxs MMC tərəfindən 15220 ABŞ dolları məbləğində pul xx.xx.2021-ci il tarixli 2021SM90002 nömrəli müqaviləyə və eyni tarili invoysa əsasən “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin hesabından “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqaviləyə, 2021SM90002 nömrəli invoysa əsasən xx.xx.2022-ci il tarixdə 15220 (bir on beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli, KB-83/2-84/2024 saylı məktubundan görünür ki, Şəxs MMC qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədləri banka təqdim etmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs MMC tərəfindən vəsaitin ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş: - Şəxs MMC ilə “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkəti arasında bağlanmış 12 mart 2021-ci il tarixli 2021SMQ0002 nömrəli müqavilədən müəyyən edilir ki, “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkəti 31220 ABŞ dolları müqabilində Şəxs MMC-yə avadanlıqlar (RG6-F660BVM-Qara 305m/baraban və RG6-1660DV-Ağ 200m/roll) satmağı öhdəsinə götürmüşdür. -16.030.2021-ci il tarixli, 2021SMQ0002 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Şəxs MMC tərəfindən 31220 ABŞ dolları məbləğində pul xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabına köçürülmüşdür. -"xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMCnin hesabından “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqaviləyə, 2021SMQ0002 nömrəli invoysa əsasən xx.xx.2021-ci il tarixdə 30644 ABŞ dolları məbləğində ödəniş edilmişdir. -xx.xx.2021-ci il tarixli **********3862 nömrəli gömrük bəyannaməsindən müəyyən edilir ki, qeyd olunan köçürmənin təyinatına uyğun olaraq xx.xx.2021-ci il tarixində 31220 ABŞ dolları dəyərində “koaksial kabellər” “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş mallar tam şəkildə ölkəyə idxal edilmişdir. -“HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin xx.xx.2024-cü il tarixli bəyanatından müəyyən edilir ki, sifariş nömrəsi 2021SMQ0002, kononosament nömrəsi RTBNDH132111708, invoys nömrəsi 2021SMQ0002 olan mallar İİR vasitəsilə Azərbaycan Respublikasından daxil olması səbəbindən,eləcədə dünya üzrə İİR üzərindən həyata keçirilən daşımalar zamanı embarqo tətbiq edilməsi səbəbindən köçürülmüş pul vəsaiti geri qaytarılmış və yenidən köçürülməsi xahiş edilmişdir. - Bank Respublika” ASC-nin xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Şəxs MMCnin hesabına “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabından xx.xx.2021-ci il tarixdə 30549 ABŞ dolları məbləğində pul geri qaytaılmışdır. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMCnin hesabından “HANGZHOU SUMLO İNDUSTRİAL CO LTD” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqaviləyə, 2021SM90002 nömrəli invoysa əsasən xx.xx.2022-ci il tarixdə 15220 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 15220 ABŞ dollar məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASCdə olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin köçürmənin təyinatına uyğun olaraq mallar ölkəyə idxal edilmişdir. Odur ki, məhkəmə tərəfindən Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edildi. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1214/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1214/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver