Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1216/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 563.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 12 may 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İXM-in 563.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 12 may 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraatın dayandırılması və həmin protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin, qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının İXM-in 563.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 12 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun hansı orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Lakin şikayət ərizəsindən və iş materiallarından görünür ki, X1 faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdan keçmədiyinə görə onun barəsində sahə inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 563.1-ci maddəsi ilə 12 may 2021ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti və ərizədən isə görünür ki, X1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Nizami rayonunun inzibati ərazisidir. X1 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda,inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 İXM-in 563.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 12 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti, yəni inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 12 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1216/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1216/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver