Məhkəmə qərarları › İş №3(004)-1217/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1217/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1217/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 İXM-in 346.1-ci maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15.04.2021-ci il tarixli və BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən şikayət məhkəməyə daxil olmuşdur. X2 məhkəməyə ərizə ünvanlayaraq, şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan həmin qərarların surətlərindən görünür ki, həmin qərarlar şikayətçi barəsində deyil, digər bir şəxs barəsində, yəni X8 barəsində qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar