Məhkəmə qərarları › İş №3(004)-1220/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1220/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1220/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X5 onun barəsində olan İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X8 İdarəsinin qəbul etdiyi İQ ******* saylı, 18.02.2022-ci il tarixli qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 09.12.21-ci il tarixli № 3(004)-3041/2021 nömrəli iş üzrə qərarı ilə haqqında qanunsuz və əsassız tərtib olunmuş protokol əsasında verilmiş TP4582752 qərarı ləğv edilərək təkrar baxılması üçün BŞBPİ BDYPİ-ə göndərilmişdir. 24.02.22-ci il tarixində heç bir araşdırma aparılmadan eyni inzibati xəta iddiası ilə qanunsuz və əsassız İQ ******* qərarı verilmişdir. Belə ki, 27.08.21-ci il tarixində mülkiyyətimdə olan 90MO535 DQN-lı avtomobili ilə İ. Zülalov - A.M.Şərifzadə küçələrinin kəsişməsində 2-ci dərəcəli yoldan baş yola çıxaraq hərəkətini davam etdirmişdir. Bu zaman BDYPİ əməkdaşı olan Məmmədov Mübariz tərəfindən saxlanılmışdır. Onun hərəkət üstünlüyü olan NV-ə yol vermədiyini iddia edərək İXP4151757 protokolunu tərtib etmişdir. Lakin onun iddiası tamamilə əsassız idi. Çünki “yol vermək” anlayışının nə olduğu YHQ-un 1-ci maddəsinin 41-ci hissəsində qeyd olunmuşdur. Yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya surəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. O, bunu DYP müfəttişinin nəzərinə çatdıraraq onun iddiasının əsassız olduğunu özünə demişdi. Onun yolayrıcına daxil olmağı hərəkət üstünlüyü olan heç bir nəqliyyat vasitəsinin nə hərəkət istiqamətinin nə də hərəkət sürətinin qəflətən dəyişməsinə səbəb olmamışdır. Yolayrıcına quraşdırılmış Təhlükəsiz Şəhər kamera görüntüləri də dediyini təstiq edir. Məsələnin araşdırılmasında icraçı DYP müfəttişi V.Seyidov ədalətli mövqe ortaya qoymamış, kobud şəkildə, qanunsuz protokol tərtib edən müfəttişə qarşı təssübkeşlik edərək şikayətimi təmin etməmişdir. Onu da qeyd etmişdir ki, həmin yolayrıcında xüsusən cümə günləri, günorta saatlarında ( mənim haqqımda qanunsuz protokol tərtib olunan vaxtlarda) hərəkət sıxlığı çox olur, sürücülər bir-birinə anlayış göstərərək yol verirlər. Həmçinin şikayətinə icraçı Bakı ŞBPİ BDYPİ-in müfəttişi V.Seyidovun etinasız münasibətini Vətəndaşların Müraciətləri haqqıda AR qanunun tələbini pozaraq təxminən 50 gün sonra, cənab nazir Vilayət Eyvazova təkrar müraciət etdikdən sonra cavab verməsi də göstərir. Onun bu mövqeyi vətəndaş süründürməçiliyidir və başqa xüsusi bir araşdırma tələb edən bir haldır. Onu da qeyd etmişdir ki, avtomobilinin texniki baxış müddəti bitdiyindən, 13.09.2021-ci il tarixində texniki baxış məntəqəsində növbəti il üçün texniki baxışdan keçə bilməyindən ötrü qanunsuz verilmiş bu qərara görə o, cəriməni də ödəmək məcburiyyətində qalmışdır. 13.09.21-ci il tarixində avtomobilinin texniki baxışdan keçdiyini göstərən texniki baxış talonunu da şikayət ərizəsinə qoşma kimi əlavə edir. Cəriməni ödəməyi verilmiş qərarla razılığını yox, zərurət olduğu üçündür. Yasamal RM-in qərarı ilə ləğv edilən İXM-in 327.2-ci maddəsi ilə yenidən eyni qərar verməklə polis baş leytenantı X3 hüquq və məhkəmə sistemini ələ salır. Həmçinin qatışəkildə vətəndaş süründürməçiliyi edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın İQ ******* saylı, 18.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən (qərar qəbul edən X3) X5 27 08.2021-ci il tarixdə idarə etdiyi “BMV” minik markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobil ilə Yasamal rayonu, İ.Zülalov-A.M.Şərifzadə küçəsində hərəkətdə olarkən yol ayrıcı keçmə qaydasını pozaraq hərəkətini davam etdirdiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, altmış (60) manat miqdarında cərimə edilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Ona görə də həmin protokol əsasında sonradan inzibati tənbeh qərarı qəbul edilmişdir. Həmin İXP ******* saylı, 27.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan əvvəllər də X5 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 3(004)–3041 / 2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək, onun barəsində İXM-nin 327.1, 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X8 İdarəsinin qəbul etdiyi İXP ******* saylı, 27.08.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, 06.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ DYPİ-ə göndərilməsi qərara alınmışdır. Bundan sonra həmin işə səlahiyyətli orqan tərəfindən yenidən baxılaraq X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X8 İdarəsi tərfindən hazırkı barəsində şikayət verilmiş İQ ******* saylı, 18.02.2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, şəxsin təqsirliliyinə dair sübutlar toplanılmaqla, işə yenidən baxılmalıdır. Lakin iş üzrə hazırda barəsində şikayət verilən qərarda hər hansı bir sübuta istinad yoxdur. hər hansı bir araşdırma aparmadan əvvəlki ləğv edilmiş qərarla eyni məzmunlu qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin qərarında qeyd edilmişdir ki, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, ondan inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin protokol qanunsuz protoolk olması, həmin protokoldan sbut kimi istifadə edilə bilməməsi məhkəmə qərarında öz əksini tapsa da, vakin işə sonradan Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən baxılaraq, qəbul edilmiş İQ ******* saylı, 18.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarda yenə də həmin protokola istinad edilmişdir. Qərarda göstərilmişdir ki, inzibati xəta törədildiyi üçün YPX əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbehvermə qərarı qəbul edilmişdir. Protokol tərtib etmiş şəxs xətanın mövcudluğunu viziual formada aşkarlamışdır. Bununla da şəxs barəsində inzibati tənbeh qərarında qanuni hesab edilməyən sübutlara istinad edilmişdir. Təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul etdiyi İQ ******* saylı, 18.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar