Məhkəmə qərarları › İş №3(004)-1236/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1236/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1236/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-dan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, X7 və Şəxs vətəndaş X5 övladının keçirtdiyi yol qəza hadisəsinin video çəkiliş edilməsinə etirazını bildirməsi ilə bağlı İctimai TV-nin əməkdaşı ilə arasında yaranmış mübahisə zamanı işlətdiyi qeyri-əxlaqi ifadənin paylaşılmaması ilə bağlı onun haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər edərək ona hədə-qorxu gəlməklə pul tələb etməmişlər, bunun qarşılığında H.Əliyeva və Şəxs pul vəsaiti verilməmişdir.Həmin video sosial şəbəkələrdə paylaşılsada, sonradan silinmişdir, ümumiyyətlə onlar tərəfindən X8 qarşı hər hansı bir formada aktiv hərəkətlər etməmişlər. Videonun paylaşımasında profillərinin reytinqinin yüksəlməsi məqsədi güdmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. Hazırda söz verir ki, bir daha analoji əməllərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında göstərmişdir ki, 15 may 2006cı il təvəllüdlü X4 onun birinci nikahdan olan böyük övladı, 03 aprel 2010-cu il təvəllüdlü Abbaszadə Əl-məcid Fərid kiçik övladıdır. X2 universitetdə oxuyur. İlin müxtəlif vaxtlarında Azərbaycana gəlir. Oğlu Əli-Məcid 20 yanvar 2024-cü il tarixdə saat 15 radələrində onunla telefonda danışan zaman Bakı şəhəri Yasamal rayonu ərazisində hərəkətdə olan taksidə yol-nəqliyyat hadisəsi keçirmişdir.Baş verən hadisədən o çox narahatlıq keçirmiş və dərhal bununla bağlı əri X1 məlumat vermişdir.Bundan sonra o, əri Cəbrayıl və oğlu Elman dərhal hadisə yerinə getmişlər.Hadisə yerinə çatdıqdan 5 dəqiqə sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları oraya gəlmişlər.Onlar həmin televiziya işçilərinə baş verən hadisədən sarsıldıqlarını bildirib getmələrini xahiş etmişlər. Lakin, İctimai TV-nin sabiq böyük redaktoru Vüsal Məmmədov orada onunla mübahisə yaratmış və oğlu Elman Vüsala Azərbaycan dilində yaxşı danışa bilmədiyi üçün çəkiliş zamanı özündən asılı olmayaraq hadisənin təsirindən qeyri- əxlaqi söz işlətmişdir. O həmin çəkilmiş kadrların efirə verilməməsi üçün xahiş və tələb etmişdir.Bundan sonra o şəxsən özü İctimai kanalın rəhbərliyinə zəng edərək baş verən hadisə ilə bağlı məlumat verib, çəkilişin efirə getməməsi üçün xahiş etmişdir. Danışdığı şəxslər ona çəkilən kadrların efirə getməyəcəyi barədə söz vermişdir.Lakin, 01 fevral 2024-cü il tarixdə o oğlu Elmanı Qazaxıstana yola salmışdır. İşə getdikdə iş yoldaşları oğlunun videosunun “Tik- tok”, “İnstagram” sosial şəbəkələrinə yerləşdirildiyini ona demişlər.O videonun “İnstagram” sosial şəbəkəsində “18+zarafatlar” səhifəsində, “Tik-tok” sosial şəbəkəsində “aliyeva_huru_17” profilində paylaşıldığını görmüşdür. Sonra oğlu Elmanla danışmışdır. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə məlumat vermişdir.02 fevral 2024-cü il tarixdə onu İctimai kanala dəvət etmişlər.O ora getdikdə kanalın rəhbər heyyəti onu qəbul etmişdir.Qəbul zamanı ona videonun sosial şəbəkələrdə icazəsiz paylaşıldığını deyib buna görə ondan üzr istəmişlər.Sonra onu sosial şəbəkədə oğlunun videosunun paylaşıldığı profilin sahibi Hürü Əliyeva ilə görüşdürmüşlər.Ona orada məlum olmuşdur ki, X13 kanalın əməkdaşıdır.Hürü Əliyevaya videounu paylaşmaq üçün kimin icazə verdiyini soruşmüşdur.Hürü Əliyeva həmin videonu özünün yox adına açılmış profili işlədən “Orxan” adlı şəxs tərəfindən paylaşıldığını, “burdanə varki, yaxşı baxış yığır” deyə onunla ironiya ilə danışdığını deyə bilər Onun verdiyi cavab elə idi ki, sanki onun Hürü Əliyevaya borcu vardı. O orada İctimai kanala ərizə ilə müraciət edərək baş verən hadisəyə görə günahkarların işdən azad edilməsini və qanuni tədbirlər görülməsini xahiş etmişdir. Onlar həmin “Orxan” adlı şəxslə əlaqə yaradaraq həmin görüntülərin silinməsini xahiş etsələr də həmin şəxs materialların silinməsi üçün hədə-qorxu gəlib ilkin olaraq 500 manat, sonra isə 300 manat verildiyi halda görüntüləri silə biləcəyini demişdir.Hürü Əliyeva ilə danışdıqda isə onun paylaşımdan xəbəri olmadığını, “Orxan”nında işini o olduğunu və pulunu elə qazandığını deyib, 200 manat pul verilsə görüntüləri silə biləcəyini demişdir. Onlar videoların silinməyi üçün nə qədər cəhd etsələrdə həmin şəxslər onlara hədə-qorxu gələrək pul tələb etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-cimaddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-2.3 və 13-2.3.8-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar yerləşdirilməsinə yol verməməlidir; 13-4-cü maddəsinə əsasən bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İXM-in 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən saat 19:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar