Məhkəmə qərarları › İş №3(004)-1247/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1247/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1247/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 26-ci PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə üzərində narkotik vasitənin aşkar edilməsi faktı əsasında saxlanılaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasında gətirilmişdir. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində üzərində narkotik vasitənin aşkar edilməsi faktı əsasında saxlanılaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasında gətirilmişdir. Təhqiqat orqanı tərəfindən şəxsin barəsində narkotik vasitənin miqadarı cinayət məsuliyyətinə cəlb edilməsi üçün az olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilmişdir. Yekunda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək onun İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də o, həqiqətən də polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 6/1186 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 170 №”li dairəvi möhür əksi və “Şübhəli şəxs Şəxs-imza, üç imza, ...(İmza) Təhqiqatçı:M.Məlikov imza...” yazı əlavəsi qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,131 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan AR DİN Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı Məlik Məlikovun xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli ekspert rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Nizami Rayon Məhkəməsinin 1(007)-224/2020 saylı, xx.xx.2020-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Bundan başqa o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Xəzər Rayon Məhkəməsinin 1(003)- 184/2022 saylı, xx.xx.2022-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Həmçinin Şəxs Nizami Rayon Məhkəməsinin 3(007)-532/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 206cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilmişdir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, 28 fevral 2024-cü il saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 20:00 dəqiqədən hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə həvalə edilsin. İş üzrə maddi sübutun qalığı olan, qalıq çəkisi 0,131 qram psixotrop vasitə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar