Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1252/2022 05.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X3 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 14 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətini baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Qeyd olunan qərara əsasən X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə, rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Tərəfimdən müəyyən edilir ki, şikayət verən şəxsin yaşayış yeri Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanıdır, inzibati xətanın törədildiyi yer isə Sumqayıt şəhərinin ərazisinə aiddir. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə baxılması barədə vəsatəti olmadığından hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zaman ı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ M: X1 Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 14 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1252/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1252/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver