Məhkəmə qərarları › İş №3(004)-1256/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1256/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1256/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X10 iş üzrə qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, X12 oğlunun Bakı Nəqliyyat Agentliyinin 15.02.2022-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 Bakı Nəqliyyat Agentliyinin 15.02.2022-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 15.02.2022-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, BNA-ın 15 fevral 2022-ci il tarixdə ünvan 1, S.Əsgərov küçəsi ünvanda AR İXM-nin 346.1-ci maddəsi ilə mülkiyyətində olan avtomobilinə sonuncu etibarnamə almış X2 barəsində X10 BNA ******* nömrəli Protokol tərtib etmiş və dərhal qərar verilmişdir. Həmin tarixdə və saatda mülkiyyətində olan ‘‘Hyundai Sonata” minik markalı, 90ZY723 dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə etmişdir. Digər tərəfdən BNA-in tərtib etdiyi BNA ******* nömrəli protokol tam qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq özüi və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X3 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, 15 oktyabr 2021-ci il tarixli BNA2106439 saylı X10 qərar X7 barəsində tərtib olunsa da, həmin qərardan X9 tərəfindən şikayət verilib. Bu baxımdan qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlardan həmin şəxs tərəfindən şikayət verilə bilməz. Bu səbəbdən hesab edir ki, X5 inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermə hüququ olmadığından şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 15.02.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X7 15.02.2022-ci il tarixində 19:18:47-də dayanma və ya durma qaydalarını pozduğuna görə azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən görünür ki, şikayət verən şəxs barəsində müvafiq inzibati qərar qəbul eilmiş şəxs yox başqa şəxsdir. X4 barəsində X10 qərar qəbul edilmədiyi halda o, (başqa şəxsin barəsində qəbul edilən qərarla bağlı) həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X10 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər X10 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə hüququ olmadığından şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X5 Bakı Nəqliyyat Agentliyinin 15.02.2022-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar