Məhkəmə qərarları › İş №3(004)-1260/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1260/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1260/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X9 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 08 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 21 aprel 2021-ci il tarixdə saat 17:00-da Yasamal rayonu, Nərimanov prospekti 205 ünvanının qarşısında sürücü Şəxs idarə etdiyi “Vaz 21723” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov heykəli istiqamətində hərəkətdə olarkən yolun sağında dayanmış boz rəngli “Range Rover” markalı avtomobilin arxa sol tərəfinə dəyərək dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobildə olan Türkiyə Respublikasının vətəndaşı X5 yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və Yasamal RPİ-nin TŞ-də fakt üzrə toplanılmış 332 nömrəli rədd materialını tədqiq edib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 03 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin iş materiallarında olan Şəxs izahatından müəyyən edilir ki, 21.04.2021-ci il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi “Vaz 21723” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Nərimanov prospekti ilə Nərimanov heykəli istiqamətində yolun hərəkət istiqamətinin sağ zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkət edərkən Nərimanov prospekti 203 ünvanına çatan zaman yolun sağında boz rəngli “Range Rover” markalı avtomobilin dayandığını görmüş və həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sola çəkdikdə ara məsafəsi az olduğundan idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə həmin avtomobilin arxa sol tərəfinə dəyərək dayanmışdır. İş materiallarında olan Türkiyə Respublikasının vətəndaşı X3 izahatından müəyyən olunur ki, 21.04.2021-ci il tarixdə saat 16:30 radələrində həyat yoldaşı Mehmet Çalışa məxsus “Range Rover” markalı 001 T 011 dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Nərimanov prospekti 203 ünvanının qarşısında dayanaraq telefonla danışarkən avtomobilinin arxa hissəsindən səs gəlmiş və dərhal avtomaşından endikdə ağ rəngli avtomobil ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol tərəfinə dəyərək dayandığını görmüşdür. Hadisə zamanı sağ ayağı sükana dəydiyi üçün təcili tibbi yardım gələrək onu müayinə etmişdir. Məhkəmə iclasında tədqiq edilən Yasamal RPİ-nin TŞ-də toplanmış R/M 332 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 72 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Ayfer Çalışana dair 08 saylı TTYS-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət-sağ diz oynağının əzilməsi küt əşyanın təsirindən törənmişdir, yəni, 21.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi əsasında əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş saxlamlığa yüngül zərərvurmaya aiddir. Təhqiqat materialında olan hadisə yerinə baxış keçirilməsi haqqında 21 aprel 2021ci il tarixli protokoldan, eləcə də ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 203 ünvanında baş vermişdir. Təhqiqat materialında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 21 aprel 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, “Vaz 21723” (minik) markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi, ön bamper və ön sağ qanadında xarici zədələr olmuşdur. Təhqiqat materialında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 21 aprel 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, “Range Rover” (minik) markalı 001-T-011 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi, arxa bamperi və arxa sol qanadında xarici zədələr olmuşdur. Təhqiqat materialında olan müvafiq sənədlərindən müəyyən edilir ki, BA seriyalı 007787 nömrəli sürücülük vəsiqəsinin sahibi Şəxs B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AC seriyalı 737587 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Vaz 21723” (minik) markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X1 məxsusdur. Şəxs həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etdiyi müəyyən olunmuşdur. Təhqiqat materialında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 21 aprel 2021-ci il tarixdə saat 17:25-də tərtib olunmuş 2/10680 nömrəli aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılması tənbeh tədbirinin təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edilmiş 08 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə tərəfindən Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar