Məhkəmə qərarları › İş №3(004)-1262/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1262/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1262/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində saat 11:49-da Həsənbəy Zərdabi küçəsində hərəkətdə olarkən 54BK952 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Həsənbəy Zərdabi və Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsinə daxil olub, qarşı tərəfdən gələn avtomobilləri gözləyərək sola - Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkət etdiyi zaman DYPİ polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən saxlanılmış, əsassız olaraq barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin qeyd etdiyi dörd yol ayrıcına daxil olmamış sağ tərəfdə 4.1.4 yol nişanlanması quraşdırılmışdır. Ayrıc zolaq keçdikdən sonra 4.1.4 nişanı qüvvədən düşdüyü üçün sağ zolaqdan qarşı tərəfdən gələn avtomobilləri gözləməklə geriyə və sola dönmək icazəlidir. Polis serjantı özü bunu bildiyi halda həmin adı gedən dörd yol ayırıcının olduğunu ona bildirib vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şəxs barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş qərar onun yol nişanlarının tələblərinə riayət edilməməsi ilə əlaqədar qəbul edilmişdir. Bununla bağlı görüntülər məhkəməyə təqdim edilmiş və həmin videodan AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi açıq-aşkar görünür. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1.18-ci bəndində göstərilmişdir ki, üfiqi nişanlanma xətləri yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 11:49-da Bakı, Əbdürrəhimbəy Haqverdiyev, 3 ünvanında “BYD QİN PLUS DMİ PLUG-İN Hibrid minik markalı”, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş və 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 11:49-da Bakı, Əbdürrəhimbəy Haqverdiyev, 3 ünvanında “BYD QİN PLUS DMİ PLUG-İN Hibrid minik markalı”, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək yolun soluna dönmə manevri etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 69-cu maddəsinin İV Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10, 1.17 və 1.25 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. Vİ hissəsinin 1.18-ci bəndində əsasən üfiqi nişanlanma xətləri yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. 65-ci maddəsinin: İ. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. İİ. Bu nişanların dairəvi forması və mavi fonu vardır. İİİ. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. İV. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. Məhkəmə videogörüntünu, proses iştirakçilarının izahatlarını və digər sübutları müqayisəli təhlil edərək, X3 xx.xx.2025-ci il tarixində, saat 11:49-da Bakı, Əbdürrəhimbəy Haqverdiyev, 3 ünvanında “BYD QİN PLUS DMİ PLUG-İN Hibrid minik markalı”, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun soluna dönmə manevri etdiyini müəyyən etmiş və bu zaman yol nişanlarının tələblərinə riayət etmədiyi qənaətinə gəlmişdir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar