Məhkəmə qərarları › İş №3(004)-127/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-127/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-127/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin adından X3 iştirakı, X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-nin Polis Baş X1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* №-li protokol əsasında qəbul etdiyi xx.xx.2022-ci il tarixli, TP ******* №-li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri X11 İdarəsinin nümayəndəsi Emil Qanbayev bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Yol hərəkəti haqqında qanunun 75 və 76 maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydaları pozulmuşdur. X6 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İXP ******* saylı,xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi "BMW 5231" minik markalı **-RL-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Yasamal rayonu, H.Zərdabi küç., Akim Abbasov kəsişməsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi "BMW 5231" minik markalı **-RL-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, H.Zərdabi küç., Akim Abbasov kəsişməsində “Yol hərəkəti haqqında” qanunun 75 və 76 maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydalarının pozması öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Yasamal rayonu, H.Zərdabi küç., Akim Abbasov kəsişməsində yolayrıcını keçmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı,xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar