Məhkəmə qərarları › İş №3(004)-1278/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1278/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1278/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə xx.xx.1984-cü ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR, Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14 aprel 2021-ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi “HOWO Yük” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, “Asan Xidmət”in qarşısında hərəkətdə olarkən N.Hikmət küçəsinə sağa dönüş edərkən X4 idarə etdiyi “Nissan Sunny” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə X1 yüngül zərər vurulmuşdur. Müəyyən edilmişdir ki, Şəxs sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsi tərəfindən 26.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı Ə.Məmmədovun 19.04.2021-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, sürücülük vəsiqəsinin vaxtı 31.03.2021-ci il tarixdə bitmişdir, Sovid- 19 pandemiyyası ilə əlaqədar Naxçıvan muxtar respublikasına gedib gəlişdə yaranmış problemlə əlaqədar vaxtında gedib şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini dəyişməmişə bilməmişdir. Yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ YNH baş inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 14 aprel 2021-ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi “HOWO Yük” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, “Asan Xidmət”in qarşısında hərəkətdə olarkən N.Hikmət küçəsinə sağa dönüş edərkən X4 idarə etdiyi “Nissan Sunny” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Eyni zamanda sürücü sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar