Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-128/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş X6 materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 26 dekabr 2024cü tarixli, EP ******* saylı X6 protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. X6 həmin protokoldan görünür ki, Şəxs MMC 603433.75 ABŞ dolları məbləğində olan pul vəsaitini 02 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və həmin tarixdən 02 il müddət keçməsinə baxmayaraq 603433.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində X6 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, EPT-010 saylı lisenziya əsasında elektron pul təşkilatı olaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti “BakıKart” əmtəə nişanı altında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi, o cümlədən ictimai nəqliyyat operatorları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının nağdsız qaydada ödənilməsini təmin etməkdən ibarətdir. İctimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi avtobuslara və metro stansiyalarında yerləşən turniketlərə quraşdırılmış oxuma cihazları (validatorlar) vasitəsilə təşkil olunur. Sərnişinlər, əvvəlcədən balans yüklənmiş “BakıKart” kartlarını və ya müvafiq mobil tətbiqlərini bu oxuma cihazlarına yaxınlaşdırmaqla gediş haqlarını ödəyirlər. İstifadə olunan oxuma cihazları Türkiyədə qeydiyyatdan keçmiş “NEC Telekomünikasyon ve Bilgi Teknolojileri LTD Şti.” (bundan sonra - “NEC şirkəti”) şirkətindən alqı-satqı yolu ilə əldə edilir. NEC şirkəti ilə 01 dekabr 2022-ci il tarixdə Şəxs MMC arasında ümumi məbləği 1.206.867,50 ABŞ dolları olan validatorların alınmasına dair razılıq əldə edilmiş və tərəflər arasında 01 dekabr 2022-ci il tarixli, BK-01/12-22 saylı Satınalma Sifarişi (Purchase Order) imzalanmışdır. X8 əsasında Şəxs MMC tərəfindən 603.433,75 ABŞ dolları (xx.xx.2022-ci il tarixli Köçürmə Ərizəsi) məbləğində ödəniş həyata keçirilmişdir. Daha sonra, 23 fevral 2023-cü il tarixdə Şəxs MMC ilə NEC şirkəti arasında bağlanmış 29 aprel 2019-cu il tarixli Alqı-satqı Müqaviləsinə dəyişiklik edilməsi barədə yeni bir Razılaşma imzalanmışdır. Bu Razılaşmaya əsasən: a. 01 dekabr 2022-ci il tarixli Satınalma Sifarişi, Razılaşmanın ayrılmaz tərkib hissəsi müəyyən edilmiş; b. Alınacaq 800 ədəd validatorun vahid qiyməti dəqiqləşdirilmiş; c. Metro stansiyaları üçün 330 ədəd oxuma cihazının hər biri 1.656,60 ABŞ dolları, avtobuslar üçün isə 470 ədəd oxuma cihazının hər biri 1.617,06 ABŞ dolları məbləğində müəyyən olunmuş; d. Bu əsasda ümumi alış dəyəri 1.306.696,20 ABŞ dolları kimi müəyyən edilmişdir. Razılaşmanın 2-ci bəndinə uyğun olaraq: a. 603.433,75 ABŞ dolları Satınalma Sifarişi əsasında ödənilmiş; b. 441.923,21 ABŞ dolları Razılaşma imzalandıqdan sonra 3 (üç) iş günü ərzində (ödəniş sənədləri əlavə olunur); c. 261.339,24 ABŞ dolları isə avadanlıqlar Şəxs MMC-yə təhvil verildikdən sonrakı 7 iş günü ərzində NEC şirkətinə ödənilməli idi (ödəniş sənədləri əlavə olunur). Nəticədə Razılaşmanın ikinci hissəsinə uyğun olaraq, 441.923,21 ABŞ dolları 06 mart 2023-cü il tarixdə Şəxs MMC tərəfindən NEC şirkətinə köçürülmüşdür. Bu ödəniş "xxxx" ASC vasitəsilə, müqavilə sənədləri əsasında icra olunmuşdur. NEC şirkəti tərəfindən Azərbaycan Respublikasına gətirilən oxuma cihazlarının gömrük rəsmiləşdirilməsi üçün TİN-1005 nömrəli invoys əlavə edilmişdir. Şəxs MMC-nin gömrük təmsilçisi tərəfindən **********9739 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və 800 ədəd validator Şəxs MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin bəyannamənin 44-cü sətrində (Təqdim olunan sənədlər) xx.xx.2019-cu il tarixli müqaviləyə və NEC şirkəti tərəfindən təqdim olunan TİN-1005 nömrəli invoysa, invoysda isə iki tərəf arasında imzalanmış Razılaşmaya istinad edilmişdir. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsinə dair bütün məlumatlar və izahatlar Şəxs MMC tərəfindən "xxxx" ASC-yə təqdim olunmuş, bank tərəfindən də müvafiq qaydada Mərkəzi Banka çatdırılmışdır. Buna baxmayaraq, Mərkəzi Bank həmin sənədləri nəzərə almadan EP Nə 190846 saylı X6 Protokolu tərtib etmişdir. Qeyd olunan bütün sənədlər və hüquqi əsaslardan göründüyü kimi, Şəxs MMC tərəfindən xarici tərəfdaşa köçürülən 603.433,75 ABŞ dolları məbləğində vəsaitin müqabilində avadanlıqlar, avansın ödənildiyi (xx.xx.2022) tarixdən dörd ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə olunan sənədlərə əsasən köçürülmüş məbləğin məqsədəuyğun şəkildə istifadə edildiyi və heç bir qanun pozuntusunun baş vermədiyi müəyyən olunur. Bundan əlavə, hər hansı texniki uyğunsuzluq idxal prosesinin baş vermədiyinə dəlalət edə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, 3(004)-128/2025 saylı X6 iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 02 dekabr 2022-ci il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 603433.75 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 02 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 05 dekabr 2024-cü il tarixli, 6-3/2-275/2024 nömrəli məktubdan görünür ki, hüquqi şəxs Şəxs MMC-in qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. X6 26 dekabr 2024-cü tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs MMC 603433.75 ABŞ dolları məbləğində olan pul vəsaitini 02 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və həmin tarixdən 02 il müddət keçməsinə baxmayaraq 603433.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********9739 nömrəli gömrük bəyannaməsindən görünür ki, 603433.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ödənişin edildiyi gündən 02 il müddət keçmədən ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda X6 iş üzrə icraata xitam verilməsi və ya X6 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə X6 protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X6 iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində X6 protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində X6 protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabından 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara 603433.75 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin vəsait hesabına alınmış məhsullar 02 (iki) ildən artıq müddət keçmədən ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 603433.75 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən müvafiq gömrük bəyannaməsini banka təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış X6 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış X6 iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-128/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-128/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver