Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1280/2020 02.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Böləsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Böləsindən daxil olmuş xx.xx.2020-ci il tarixli MN ******* və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar və materiallar hazırlıq mərhələsində araşdırılarkən müəyyən edildi ki, Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 (iki) ayrı-ayrı inzibati materiallar xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin iş № 3(004)-1278/2020 və 3(004)-1280/2020 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(004)‑1278/2020 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: 3(004)-1278/2020 və 3(004)-1280/2020 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(004)–1278/2020 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1280/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1280/2020
02.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver