Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1280/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi X5, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin 10.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı Nəqliyyat Agentliyinin 10.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2021-ci il tarixdə sərəncamında olan Toyota corolla minik markali 01CF345 dövlət qeydiyyat nişanli avtomobilə yasamal rayonu A.M.Şərifzadə küç. Asan xidmətin yani 10.10.2021-ci il tarixində saat 07:51:27-da(də) X9 hikvision, ds-2df8236ixaelw(bna) tərəfindən foto və ya video qeydiyyat funksiyalarina malik xüsusi texniki vasitələrin köməyi ilə bna ******* sayli protokol tərtib olunmuşdur. 05.05.2021-ci il tarixində ar din bdypj qii tərəfindən verilmiş ae 125482 qeydiyyat şəhadətnaməli 01CF345 dövlət nömrə nişanli avtomobilə verilmiş sonuncu nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqinda etibarnamə ona verilmiş olsa belə avtomobili 28.09.2021-ci il tarixində Baki şəhəri 23 sayli notariat ofisində verilmiş 7e- 13079 reyestr nömrəli nəqliyyat vasitələrinə idarə edilməsi haqqinda etibarnaməyə əsasən X18 (Baki şəhəri, Yasamal rayonu Şərifzadə küç, yataqxana., sv:ad 104390, 24.06.2013, az res. Din bdypi qii; fin: 4jed9nw: d/t:13.07.1972) idarə etmişdir. Nəqliyyat vasitəsini o, idarə etməmişdir və onun nəqliyyat vasitəsini idarəetmə hüququ yoxdur. Cərimə barədə də məlumatsız olmuşdur. Ona SMS xəbərdarlıq göndərilməyib. Qərarı isə yalnız özü ASAN ödəniş portalı vasitəsilə cəriməni gördükdən sonra müraciət etdikdə 28.02.2022-ci il tarixində ona göndəriblər. Məhkəmə iclasında şikayətçi X1 nümayəndəsi X10 şikayəti müdafiə edərək bildirmişdir ki, qeyd edilən inzibati xətanın törədilməsində Sədaqət Allahverdiyevanın təqsiri yoxdur, belə ki, o, həmin vaxt nəqliyyat vasitəsini idarə etməmişdir, onun ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququ belə yoxdur. Həmin avtomobil X13 tərəfindən idarə edildiyindən törədilmiş inzibati xətaya görə S.Allahverdiyeva məsuliyyət daşıya bilməz. Ona görə də, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 10.10.2021 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasın və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X7 protokolu müdafiə edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Belə ki, həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 10.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən 10.10.2021-ci il tarixdə 07:51 radələrində idarə etdiyi “Toyota Corolla” minik markalı 01CF345 dövlət qeydiyyat nişanlı avtomobilin dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Elektron Notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, “Toyota Corolla” minik markalı 01CF345 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X14, etibar edən X6, etibar edilən X11r. X1 nümayəndəsi X10 məhkəmə iclasında “Elektron notariat” Avtomatik informasiya sistemindən əldə etdiyi çıxarışa əsaslanaraq bildirmişdir ki, həmin vaxt nəqliyyat vasitəsini idarə edən X13 olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən dayanma qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda göstərilmiş vaxtda X3 tərəfindən dayanma qaydalarının pozulması barədə heç bir əsaslandırma (sübut) mövcud deyildir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, S.Allahverdiyevanın adına etibarnamə olsa da onun sürücülük hüququ yoxdur və o, avtomobil idarə etmir. Digər tərəfdən də məlum olur ki, Baki şəhəri 23 sayli notariat ofisində verilmiş 7e-13079 reyestr nömrəli nəqliyyat vasitələrinə idarə edilməsi haqqinda etibarnaməyə əsasən 28.09.2021-ci il tarixdən etibarən “Toyota Corolla” minik markalı 01CF345 dövlət qeydiyyat nişanlı avtomobil X17 istifadəsindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin 10.10.2021-ci il tarixli, BNA ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda hazırki qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin 10.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1280/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1280/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver