Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1295/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yasamal rayonu ərazisində yolda getdiyi zaman qeyri-xidməti avtomobildən düşərək (**-NX-*** dövlət nişanlı, avtomobilin dövlət nömrə nişanlı fotosu işə əlavə edilir) özlərini təqdim etmədən şəxsiyyət vəsiqəmi istədilər. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra səbəbini soruşduğumda isə məni siqaret çəkdiyim üçün cərimələdi. Polis nəfərinə cərimənin əsassız olduğunu, İXM və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olmadığını bildirsəm də mənə “küçədə siqaret çəkmək olmaz, yaxındakı zibil qutusunu göstərərək get orada çək” deyildi və mobil telefon nömrəmi də istədi. Mobil telefon nömrəmi də dedim. Cərimə haqqında mobil telefon nömrəmə də bildiriş gəlmədi. X1 yoxladığım zaman isə adıma cərimə yazıldığını gördüm. Düşünürəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yazılan cərimə qanuna ziddir, belə ki, inzibati xəta haqqında protokolda məhkəməyə müraciətimi məhdudlaşdırmaq məqsədi ilə “İnzibati xətanın törədildiyi yer” qrafası boş saxlanılmışdır. İXM-nin 5.2-ci maddəsində deyilir: “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar vəzifəli şəxslər) inzibati - xəta haqqında iş üzrə qərarın qüvvəyə mindiyi gün aşağıdakı məlumatların informasiya ehtiyatına daxil edilməsini təmin etməlidir. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini və müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, o, Bakıda yaşamır və ona görə də şəhərin ərazisini o qədər də yaxşı tanımır. Dostu Bakı Dövlət Universitetində işlədiyi üçün həmin yerə onunla görüşmək üçün gəlmişdir. Ona görə də qeyd edilən ərazinin tütün çəkmək üçün qadağan edilən ərazi olduğunu bilməmişdir. Çünki həmin ərazidə siqaret çəkməyin qadağan olunduğunu göstərən hər hansı bir işarələnmə yox idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il səhər (saat 6-12) Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 96C ərazisində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, inzibati qərardan şikayət vermiş şəxs təhsil müəssisəsi hesab olunan və Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyasının ərazisində tütün məmulatından istifadə etmişdir (tütün çəkmişdir). Halbuki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən aşağıdakılar tütün çəkilməsinə icazə verilməyən yerlər hesab edilir: 10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; 10.1.2. tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; 10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; 10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; 10.1.5. ticarət obyektlərində; 10.1.6. məişət obyektlərində; 10.1.7. sosial xidmət müəssisələrində; 10.1.8. yerləşdirmə vasitələrində; 10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; 10.1.10. uşaq meydançalarında; 10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində; 10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində; 10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda; 10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində; 10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində; 10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində; 10.1.17. taksafonlarda; 10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; 10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində. 10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. 10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. 10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində xüsusi ayrılmış yerlər istisna olmaqla tütün məmulatlarının istifadəsi məhdudlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il səhər (saat 6-12) Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 96C ərazisində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Qeyd edilən ərazinin təhsil və tərbiyə müəssisəsinin ərazisi olması faktını eləcə də iş materiallarına əlavə edilmiş fotoşəkil təsdiq edir. Bundan başqa barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, həmin əraziyə Bakı Dövlət Universitetində işləyən dostu ilə görüşmək üçün getmişdir. Bu nüans özü də, şəxsin sözügedən ərazinin təhsil müəssisəsinin ərazisi olmasını bildiyini göstərir. Eləcə də şikayətçinin qeyd etdiyi kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən inzibati xətanı istisna edən hallar aşkar edilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edildiyindən inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da mövcud deyildir. Bundan başqa İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1295/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1295/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver