Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1299/2021 25.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X10 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X16 onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, 08.05.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, şikayətə əlavə olunmuş ********** №li, 2004.2021-ci il tarixli müraciət vərəqəsindən görünür ki, X1 orqana müraciət edərək bildirmişdir ki, o, “xxxx" MMC-də əmək çalışdığını və onunla bağlnmış əmək müqaviləsinə 08.02 2021-ci il tarixində öz təşəbbüsü ilə xitam verilmişdir. Lakin son haqq-hesab ödənilən zaman müharibə dövründə müharibə iştirakçısı olmağı ilə bağlı oktyabr, noyabr və dekabr ayları üzrə saxlanılmalı olan orta əmək haqqı ödənişini əldə edə bilməmişdir. Qeyd olunan şikayətlə bağlı bildirmişdir ki, X12 ilə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə ərizəsinə əsasən, 08 fevral 2021-ci il tarixində xitam verilmişdir. Tabel cədvəllərinə, bank çıxarışından da görünür ki, işçi 2020-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün tam əmək haqqı almışdır. Şikayəti araşdıran Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X5 “xxxx” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən, inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq inzibati xəta haqqında işə baxılması barədə “barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsə heç bir məlumat verilməmiş” və X7 Bakı şəhər idarəsinə dəvət edilməmişdir. Səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsin iştirakı təmin edilmədən əsassız olaraq 03.05.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması məsələsini həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında ış üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqları vardır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 03 may 2021-ci il tarixli, **********9 nömrəli bildiriş ünvanlanaraq X14 Xidmətinin Bakı şəhər idarəsinin 03 may 2021-ci il tarixli MBN № ******* nömrəli inzibati xəta haqqında protokulu üzrə inzibati xəta haqqında işə baxılması 08 may 2021-ci il tarixə, saat 12:00-a təyin olunduğu bildirilmişdir. X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 03 may 2021-ci il tarixli, **********9 nömrəli bildirişi və 03.05.2021-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokulu “xxxx” MMC-və 14 may 2021-ci il tarixində çatdırılmışdır. Şikayətə əlavə olunmuş Poçt zərfinin surətindən görünür ki, həmin məktub 14.05.2021-ci il tarixində "xxxx” MMC-yə çatdırılmışdır. Bundan sonra. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş X5 əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verildiyini hesab edərək barəsində MN № ******* nömrəli 08.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 800 (səkkiz yüz manat) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, X14 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən qəbul edilən MN № ******* nömrəli 08.05.2021-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərar əsassızdır və İXM tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli 08.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar 18.05.2021-ci il tarixində rəsmi qaydada təqdim olunmuşdur. (Zərfin surəti şikayətə əlavə olunmuşdur) Göründüyü kimi, inzibati xəta haqqında işə baxılan zaman Azərbaycan Respublikasının İnibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinin tələbləri pozulmuş, barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsin işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. İşin bu halları inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması əsaslardan biridir. Bununla da müəyyən edilir ki, vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında işə baxılarkən, işin baxılmasında şəxs vaxtında məlumatlandırılmamış, işə baxılmasında iştirakı barədə inzibati xəta haqqında protokolu, bildirişi və iznibati tənbeh qərarı çıxarıldıqdan sonra ünvana çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqları vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.2, 100.3, 100 4-cü maddələrindəki hüquqları fiziki şəxsə və vəzifəli şəxsə münasibətdə, yalnız həmin fiziki və vəzifəli şəxsin özü həyata keçirə bilər. Hüquqi şəxsə münasibətdəisə,həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Beləliklə də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilməmişdir. Belə bir vəziyyətdə mütləq iş üzrə vəzifəli şəxs kimi tənbeh edilmiş Əhəd Əsgərov hüquqi şəxs olmadığı üçün, onun səlahiyyətli nümayəndəsi yox, məhz özü inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqana dəvət edilməlidir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Yuxarıdakılara əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135 1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1 6-cı maddəsinə əsasən İXM-İə müəyyən edilmiş tələblərin ışın hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Qeyd edilənlərə əsasən hesab edir ki, inzibati işə baxılarkən İXM-İə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən qərar ləğv edilməli və iş üzrə icraata xtam verilməsi barədə qəraq qəbul edilməlidir. Şikayətə əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş X5 əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verildiyini hesab edərək barəsində MN № ******* nömrəli 08.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 800 (səkkiz yüz manat) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, X1 orqana müraciət edərək bildirmişdir ki, o, “xxxx” MMC-də əmək çalışdığını və onunla bağlnmış əmək müqaviləsinə 08.02.2021-ci il tarixində öz təşəbbüsü ilə xitam verilmişdir. Lakin son haqq-hesab ödənilən zaman müharibə dövründə müharibə iştirakçısı olmağı ilə bağlı oktyabr, noyabr və dekabr ayları üzrə saxlanılmalı olan orta əmək haqqı ödənişini əldə edə bilməmişdir. Qeyd olunan şikayətlə bağlı bildirmişdir ki, X12 ilə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə ərizəsinə əsasən, 08 fevral 2021ci il tarixində xitam verilmişdir. Tabel cədvəllərinə, bank çıxarışından da görünür ki, işçi 2020-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün tam əmək haqqı almışdır. Lakin işçinin qeyd olunan aylar üçün əmək haqqının düzgün hesablanması üçün dəqiq riyazi hesabların aparılması, onun iş günlərinin, iş saatlarının sayı və uçotu ilə bağlı hesablamaların, o cümlədən məzuniyyət günlərinin sayının dəqiqləşdirilməsinə zərurət olduğundan, mühasibatlıq şöbəsi tərəfindən son-haqq hesabın ödənilməsi gecikmişdir. Qeyd etdiyi kimi, işçiyə son haqq hesabı ödənilməsi X5 X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etməmişdən əvvəl ödənilmişdir. Göründüyü kimi, inzibati xəta artıq aradan qaldırılmışdır. Şikayəti araşdıran Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən bu hallar araşdırılmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, səlahiyyətli orqan tərəfindən barəmdə inzibati tənbeh tətbiq edilərkən həmin işdə iştirakı təmin edilməmişdir. Belə bir vəziyyətdə mütləq iş üzrə vəzifəli şəxs kimi o, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqana dəvət etməlidirlər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Halbuki, onu və ya müdafiəçinin dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməlidir. Yuxarıdakılara əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qəraq qəbul edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X13 bildirdi ki, vətəndaşın X8 etdiyi müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı son iş günü verilməmişdir. Buna görə də inzibati iş üzrə müəssisənin rəhbəri cərimə edilmişdir. Bu səbəbdən də şikayəti rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, 08.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X6 təqdim etdiyi bank çıxarışından məlum olmuşdur ki, onun əmək müqaviləsi xitam olunarkən, son haqq-hesabı qanunvericiliyin tələbinə uyğun olaraq sonuncu iş günü ödənilməmişdir, ona görə də “xxxx” MMC-nin rəhbəri X16 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, 03.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 03.05.2021-ci il tarixli məktub “xxxx” MMC-nin ünvan 3 ünvanına göndərilmiş, həmin məktubda göstərilmişdir ki, MN ******* saylı, 03.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında işə baxılması 08.05.2021-ci il tarixə təyin edilmişdir. Məktub ad, soyad, ata adı göstərilmədən ümumi sözlərlə “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmışdır. Rəhbərin adı və soyadı göstərilməmişdir. Səlahiyyətli nümayəndə həmin tarixdə iştirak üçün dəvət edilmişdir. Həmin məktubun qeyd edilən ünvana göndərilməsinə dair sifarişli poçt göndərişinin üzərində SS710641011AZ saylı ştrix kod qeyd edilmişdir. Həmin ştrix kodlu poçt göndərişinin çatdırılıb - çatdırılmaması dəqiqləşdirilərkən, müəyyən edilir ki, həmin poçt göndərişi “xxxx” MMC-yə (rəhbərinə) çatdırılarkən üzərindəki Azərpoçtun möhüründəki tarix 14.05.2021-ci il kimi qeyd edilmişdir. bununla da həmin poçt zərfinin 14.05.2021-ci il tarixdə hələ poçt xidmətində olduğu və yalnız həmin tarixdən sonra “xxxx” MMC-yə (rəhbərinə) çatdırıla bilər. Belə olduğu halda 08.05.2021-ci il tarixə işə baxılmasına dəvət edilən şəxsə məktub həmin tarixdən sonra, yəni ən tez halda 14.05.2021-ci il tarixdə çatdırıldığından, bununla da artıq işə baxılması tarixindən 5 gün keçdikdən sonra məlumatlanırılıb, şəxs işə baxılmasında vaxtında məlumatlandırılmamış hesab edilir. Həmçinin iş üzrə görünür ki, şəxs təqsirli bilinir ona görə ki, işçi ilə 08.02.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilsə də, son haqq hesabı işçiyə 11.02.2021-ci il tarixdə ödəmişdir. Yəni son haqq hesabın verilməsinin 3 gün gecikdirilməsində təqsirli bilinib 800 manat cərimələnib. Belə olduğu təqdirdə şəxs qanunda nəzərdə tutulmuş müddətlərə əməl edilməməsində təqsirləndirilirsə, onda həmin şəxsə münasibətdə aparılmış inzibati iş üzrə icraat zamanı da qanunda nəzərdə tutulmuş müddətlərə o dərəcədə dəqiq əməl edilməlidir. Halbuki iş üzrə görünür ki, şəxsin inzibati xəta haqqında işə baxılmasında vaxtında məlumatlandırılmasına dair İXM-nin ona verdiyi hüquqları pozulmuş, işə 08.05.2021-ci il tarixdə baxıldığı halda həmin tarixədək şəxs bu barədə məlumatlandırılmalı olduğu halda, 5 gün keçdikdən sonra şəxsə bu barədə məlumat verilmişdir. Şəxsdən müddətlərə əməl edilməsi tələb edilir, müddətlərə əməl etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilir, lakin həmin şəxsə qarşı aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-nin müəyyən etdiyi vaxtında məlumatlandırma barədə tələblər pozularaq, müddətlərə əməl edilmir. Bununla da müəyyən edilir ki, vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında işə baxılarkən, işin baxılmasında şəxs vaxtında məlumatlandırılmamış, işə baxılmasında iştirakı barədə həmin bildiriş, tənbeh qərarı çıxarıldıqdan sonra ünvana çatdırılmışdır. Beləliklə də barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya vəzifəli şəxsin nümayəndəsi anlayışı yoxdur. Həmin şəxslərin müdafiəçisi ola bilər. Müdafiəçi isə vəkildir. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxslər bir birindən fərqləndirilmişdir. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi iştirak edə bilər. İXM-nin 64-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs olduqda, yalnız belə halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsin nümayəndəsi işdə iştirak edə bilər. İXM-nin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Belə bir vəziyyətdə mütləq iş üzrə vəzifəli şəxs kimi tənbeh edilmiş Əhəd Əsgərov hüquqi şəxs olmadığı üçün, onun nümayəndəsi yox, məhz özü inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqana dəvət edilməlidir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə və vəzifəli şəxsə münasibətdə, yalnız həmin fiziki və vəzifəli şəxsin özü həyata keçirə bilər. Hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Yuxarıdakılara əsasən barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Lakin hazırkı iş üzrə həm də müəyyən edilir ki, şəxsin təqsiri müəyyən edilmir. Belə ki, şikayətə əlavə edilmiş tabel cədvəli və bank çıxarışından görünür ki, X3 haqq-hesabı 08.02.2021-ci il tarixdə hesablanmış, 222,47 manat təşkil etməsi barədə sənədi müəssisənin rəhbəri, mühasib, baş mühasib, direktor müavini tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan Beynəlxalq X2 adına olan hesabdan çıxarışdan görünür ki, onun son haqq hesabı 11.02.2021-ci il tarixdə ödəmişdir. Bu hal onu təsdiq ki, işçi X8 şikayət etməzdən çox-çox əvvəl artıq onun son haqq hesabı ödənilmişdir. Buna görə də son haqq hesabın ödənilməsindəki 3 günlük müddətin pozulması formal cəhətdən inzibati xəta tərkibinin əlamətini yaratsa da, işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə müəssisənin rəhbərinin əməlində qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Müəssisənin rəhbərinin əməli inzibati xəta törətməyə yönəlməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, son haqq-hesab nəğd qaydada deyil, nəğdsiz qaydada verilməlidir. Bunun üçün müəyyən sənədlər hazırlanmalı, sənədlər təkcə müəssisənin rəhbəri tərəfindən deyil, müəssisədəki aidiyyəti qurumlar və işçilər tərəfindən hazırlanmalı, son-haqq hesabın ödənilməsi üçün banka müraciət edilməli, bank tərəfindən ödəniş nəğdsiz qaydada işçinin bank hesabına köçürülməlidir. Göründüyü kimi bu prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb edilir və tələb edilən vaxtın bir neçə gün, hazırkı halda 3 gün gecikməsi halı baş verə bilər. Burada nəzərə alınmalıdır ki, əsas məqsəd son haqq hesabın verilməsidir. İş üzrə də görünür ki, son haqq hesab artıq işçi tərəfindən hətta dövlət orqanına şikayət edilməzdən qat-qat əvvəl ödənilmişdir. Belə bir vəziyyətdə şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərdən əlavə həm də nəzərə alınmalıdır ki, 08.05.2021-ci il tarixli inzibati tənbehvermə qərarı qəbul edilərkən İXM-nin yuxarıda göstərilən tələbləri pozulduğundan, həmin qərar ləğv edilməli olduğundan, həmin işin yenidən səlahiyyətli orqanda araşdırılmasının nəticəsində şəxs barəsində artıq inzibati tənbehvermə qərarı qəbul edilə bilməyəcək, şəxs barəsində iş üzrə icraata xitam verilməli olacaqdır. Çünki son haqq hesab 11.02.2021-ci il tarixdə ödənilmişdir. əgər inzibati xəta törədilmişdirsə də, həmin tarixdə törədilmişdir. Həmin tarixdən artıq inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 ay keçdiyi üçün, inzibati xəta haqqında işə səlahiyyətli orqanda yenidən baxıldığı təqdirdə, şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və İXM-nin 38.1, 53.1.6, 114.1.4, 114.2.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş üzrə prosessual qənaət prinsipini rəhbər tutaraq hesab edir ki, artıq iş üzrə icraata xitam verilmə qərarı çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X16 barəsində İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, 08.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1299/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1299/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver