Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1301/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2-ci və 332.4-cü maddələri ilə Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 mart 2022-ci il tarixdə saat 18:25 radələrində idarə etdiyi “VAZ 2106 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsində hərəkətdə olarkən M.Əliyev küçəsinə tərəf keçən kimi sola yerdəyişmə etdi və ondan solda sol zolaqla düzünə hərəkət edən X5 idarə etdiyi “Land Rover” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. X2 idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 327.1, 332.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən 05.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, 04 mart 2022-ci il tarixdə saat 18:25 radələrində idarə etdiyi “VAZ 2106 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsində hərəkətdə olarkən M.Əliyev küçəsinə tərəf keçən kimi sola yerdəyişmə etdi və ondan solda sol zolaqla düzünə hərəkət edən “Land Rover” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 04 mart 2022ci il tarixdə saat 18:25 radələrində idarə etdiyi “VAZ 2106 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsində hərəkətdə olarkən M.Əliyev küçəsinə tərəf keçən kimi sola yerdəyişmə etdi və ondan solda sol zolaqla düzünə hərəkət edən “Land Rover” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə X1 yüngül zərər vurulmuşdur. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1301/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1301/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver