Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1307/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, şikayətçi X2 iştirakları ilə, X3 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərarın İXM-in 146.1-1-ci maddəsinə əsasən icrasına xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərarın İXM-in 146.1-1-ci maddəsinə əsasən icrasına xitam verilməsi barədə qərar çıxarılması və icra edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsi ilə bağlı ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində ona məxsus “Audi A4” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qanunsuz olaraq BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda həmin qərarın qəbul edilməsində beş ildən artıq müddət keçmişdir. Odur ki, ərizəsinin təmin edilərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərarın İXM-nin 146.1-1 maddəsinə əsasən icrasına xitam verilməsi barədə qərar çıxarılmasını və icra edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərardan görünür ki, X3 tərəfindən xx.xx.2019-cu il tarixdə saat 00:32 radələrində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, X3 inzibati xətanı xx.xx.2019-cu il tarixdə törətmiş olduğu halda onun barəsində inzibati xəta haqqında qərarın qəbul edilməsindən 05 ildən çox müddət keçmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərarın icrasına xitam verilməlisi barədə ərizə təmin edilməli, qeyd olunan qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 145-146, 109, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. X3 barəsində Bakı Nəqliyyat Agentliyi (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmiş BNA ******* saylı, 14 noyabr 2019-cu il tarixli qərar qərarın icrasına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.3 maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1307/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1307/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver