Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1309/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X3 və şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2020-ci il tarixdə azyaşlı uşağı ilə birlikdə Yasamal rayon poçtundan sosial müavinət almaq üçün yaşadığı ünvanı tərk etmişdir. Həmin vaxt onun istifadəsində olan mobil telefonu borcdan bağlı olduğu üçün yaşadığı evin yaxınlıqda yerləşən marketdən kontur yükləyib sms icazəsi aldıqdan sonra yoluna davam etmək istəmişdir. Lakin yaşadığı evin yaxınlığında polis əməkdaşı onu saxlayaraq sms icazəsinin olub-olmadığını soruşmuş, o, isə telefonunu polis əməkdaşına göstərərək borcdan bağlı olduğunu, kontur yüklədikdən sonra sms icazəsi alacağını bildirmişdir. Polis əməkdaşı ona heç bir məhəl qoymadan şəxsiyyət vəsiqəsini alıb, vəsiqənin fotoşəkilini çəkərək geri qaytarmışdır. X4 göstərilən hallar nəzərə alınmaqla onun Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, ölkə ərazisində karantin rejimi elan edilməmişdən əvvəl fərdi qaydada dizayner fəaliyyəti ilə məşğul olmuşdur. Xüsusi karantin rejimindən sonra işsiz qalması ilə bağlı olaraq dövlət tərəfindən verilmiş sosial təminatlardan istifadə etmiş və ona verilmiş 190 manat pulun alınması məqsədilə xx xxx 2020-ci il tarixdə 17 radələrində yaşadığı evi az yaşlı övladı ilə birlikdə tərk etmişdir. Həmin vaxt istifadəsində olan mobil telefon nömrəsinin danışıq dəqiqələri bitdiyindən 8103 nömrəsinə SMS məlumatı göndərməyə cəhd göstərsə də mümkün olmamışdır. Buna görə də yaşadığı evin yaxınlığındakı marketdə olan “E-manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsilə mobil nömrəsinə danışıq dəqiqələri yükləyib, pulun alınması üçün poçta getməyi qərara almışdır. Bu məqsədlə yaşayış yerini tərk etmiş, lakin marketə çatmamış yolun kənarında Yasamal RPİ-nin DYPŞ-sinin əməkdaşı ona yaxınlaşaraq icazəsinin olub-olmamasını yoxladıqda mobil telefon nömrəsində danışıq dəqiqələrinin bitməsi səbəbi ilə sms icazəsi ala bilmədiyini deməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 məhkəmə baxışı zamanı “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məktubu təqdim edərək qeyd etmişdir ki, onun istifadəsində olan mobil telefon nömrəyə “Hədsiz” tarif paketinə uyğun xidmət göstərilir. “Hədsiz” tarif paketinə aylıq abunə haqqı 49,9 manat təşkil edir, nömrəyə xx xxxxx 2020-ci il tarixində 51.2 manat məbləğində faktura kəsilmiş, xx xxxxx 2020-ci il tarixində limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuş, xx xxx 2020-ci il tarixdə avans məbləği nəzərə alınmaqla ödəniləcək 21 manat olmaqla 51 manat məbləğində faktura kəsilmiş, xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş 21 manat ödəniş hesabına xx xxx 2020-ci il tarixli faktura borcu tam olaraq ödənilmiş, bununla da nömrəyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmışdır. X4 verilmiş suallar əsasında bildirmişdir ki, o, yaşayış yerini tərk etmək üçün xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sms icazəsi almaq məqsədilə digər mobil telefon operatorundan istifadə etməyə cəhd göstərməmiş, belə ki, yaşadığı mənzildən ondan başqa şəxsin mobil telefonu mövcud olmamışdır. X4 məhkəmədən tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbinin üzürlü hesab edilərək, barəsində Bakı şəhəri Yasamal RPİnin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-sinin etibarnamə üzrə nümayəndəsi X6 şikayətin dəlillərinin əsassız hesab edilərək Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru X7 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, xx xxxxx 1979-cu il təvəllüdlü X4 xx xxx 2020-ci il tarixdə saat 17:45-də Bakı şəhəri Yasamal rayonu ərazisində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru X7 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı X1 barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olubolmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə girişi olan cihaz vasitəsilə onun şəxsi məlumatları Sistemə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, axtarılan parametrlərə görə xx xxx 2020-ci il tarixdə icazə məlumatı mövcud deyildir. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” MMC-nin mədaxil qəbzindən müəyyən edilir ki, X4 xx xxx 2020-ci il tarixdə saat 13:09-da 190 manat müavinət ödənişi almışdır. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən X1 müraciəti əsasında verilmiş xx xxx 2020-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, onun istifadəsində olan mobil telefon nömrəyə “Hədsiz” tarif paketinə uyğun xidmət göstərilir, “Hədsiz” tarif paketinə aylıq abunə haqqı 49,9 manat təşkil edir, nömrəyə xx xxxxx 2020ci il tarixində 51.2 manat məbləğində faktura kəsilmiş, xx xxxxx 2020-ci il tarixində limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuş, xx xxx 2020-ci il tarixdə avans məbləği nəzərə alınmaqla ödəniləcək 21 manat olmaqla 51 manat məbləğində faktura kəsilmiş, xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş 21 manat ödəniş hesabına xx xxx 2020-ci il tarixli faktura borcu tam olaraq ödənilmiş, bununla da nömrəyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmışdır. Göründüyü kimi, X1 istifadəsində olan mobil telefon nömrəsinə xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək məhdudiyyət qoyulmuş, xx xxx 2020-ci il tarixdə 21 manat ödəniş edildikdən sonra qeyd olunan məhdudiyyət aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, xx xxx 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İXM-nin211-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuş, həmin qərarın 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli (SMS məlumatlar ödənişsizdir), SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli, 1 indeksi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 indeksi ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 indeksi isə - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 147 nömrəli qərarı ilə xx xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarın 1.5.1-ci yarımbəndində müvafiq dəyişikliklər edilərək “2 saat” sözləri “3 saat” sözləri ilə əvəz edilmişdir. Qərarın 1.7-ci bəndinə görə Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilməklə, şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Beləliklə hazırki işin faktiki hallarından müəyyən edilmişdir ki, X4 xx xxx 2020-ci il tarixdə saat 17 radələrindəhəmin tarixdə qüvvədə olan xüsusi karantin rejimi qaydalarına əsasən hərəkət məhdudiyyəti tələblərini pozaraq qanunla müəyyən edilmiş qaydada xüsusi icazə almadan yaşayış yerini tərk etmişdir. Bununla da o, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211-ci (köhnə redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi X4 qeyd edilən inzibati xətanın törədilməsi səbəbini istifadəsində olan mobil telefon nömrəsinin yaranmış faktura borcuna görə qoyulmuş məhdudiyyətlə əlaqələndirsə də məhkəmə bu əsası üzrsüz hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ölkə ərazisində müəyyən edilmiş hərəkət məhdudiyyəti ilə əlaqədar şəxslər tərəfindən “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə göndərilmiş icazə smsləri təsdiqləndikdən sonra yaşayış yerini tərk edilməsinə yol verilirdi. Bundan başqa mövcud qaydalara görə sms icazələrin yalnız şəxslərin öz istifadələrində olan mobil telefon nömrələri ilə deyil, həmçinin digər şəxslərin də istifadəsində olan mobil telefon nömrələrindən də istifadə edilməklə alınması mümkün olmuşdur. Yəni, qanunvericilik tərəfindən buna dair hər hansı bir məhdudiyyət müəyyən edilməmişdir. Buna baxmayaraq şikayətçi X4 tərəfindən xüsusi karantin rejimi tələblərinə səhlənkar yanaşılaraq sms icazənin alınması məqsədilə zəruri tədbirlərin görülməsi təmin edilməmiş və o, müvafiq sms icazəsi alınmadan yaşayış yerini tərk etmişdir. Bundan başqa xx xxx 2020-ci il tarixli inzibati xətanın aşkar edilməsinə dair protokol və şikayətçinin izahatında qeyd etdiyi kimi həmin tarixdə sosial müavinətin alınmasını təsdiq edən “xxxxxxxx” MMC-nin mədaxil qəbzi müqayisəli şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, xətanın saat 17 radələrində aşkar edilməsinə baxmayaraq sosial müavinət saat 13 radələrində əldə edilmişdir. Yəni dolayısı ilə şikayətçinin özünün müdafiəsi üçün irəli sürdüyü dəlil qeyd edilən xüsusatla inkar edilməklə müəyyən edilir ki, onun həmin vaxt inzibati xətanın qarşısının alınması üçün maddi və texniki imkanı olmuşdur. Beləliklə məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Yasamal rayon DYPŞ-nin YPX-nin inspektoru X7 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qərarla xəta törətmiş şəxsə İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Odur ki, barəsində şikayət verilmiş qərar qanuni olmaqla dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1309/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1309/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver