Məhkəmə qərarları › İş №3(004)-1314/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1314/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1314/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə, № 00100-00420/25 (EP № 0186613) saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən idxal olunmuş malların daşındığı 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18 11.2024-cü il tarixdə Biləsuvar Gömrük idarəsinin “Biləsuvar” keçid məntəqəsindən keçməklə Abşeron rayonu, Novxanı kəndində (anbar kodu: **********- 31001) yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il tarixdə saat 09:09-da “VAİS” proqram təminatında nəqliyyat vasitəsinin çatması barədə bildiriş göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il saat 15:34-də “Formcond" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən anbarına baxış keçirilən zaman 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin XİF iştirakçısının anbarında olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, ona aydın deyil ki, hansı səbəbdən protokol tərtib edilmişdir. Çünki ilkin araşdırma zamanı dəqiq və ətraflı izahat vermiş, gömrük orqanlarının əməkdaşlarına nəqliyyat vasitəsinin ambarın arxa tərəfində olmasını göstərmiş, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışıizahatına əlavə etmişdir. Məsələ odur ki, ölkəyə idxal olunan malların nəqliyyat vasitəsi ilə ambara gətirilməsi barədə məlumatı özü tərəfindən verilmişdir və həmin nəqliyyat vasitəsinin plombu yalnız gömrük əkəmdaşlarının iştirakı ilə açıla bilər. Nəqliyyat vasitəsi sadəcə ambarın içində yox, 10 metr aralıda olmuşdur. Sonradan məlumat almışdır ki, bu işlər əlaqədar akt tərtib edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı Baş Gömrük İdarəsinin “Monitorinq” şöbəsinin böyük inspektoru X1 izahatında, X2 göstərmişdir ki, Şəxs MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən anbarına baxış keçirilən zaman 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin anbarın ərazisini əhatə edən **********-31001 kodu daxilində deyil kənarda olduğu aşkar edilmişdir və bununla bağlı akt tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs MMC-nin anbardarı Nümayəndə1 izahatında o, göstərmişdir ki, Türkiyədən idxal edilən malların daşındığı 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 09:00 da çatması barədə o, məlumat vermişdir,VAİS proqtam təminatı vasitəsilə nəqliyyat vasitəsinin çatmasını təsdiq etmişdir. 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onlar anbarın arxa girişində saxlamışlar, əməkdaşlar da nəqliyyat vasitəsinin yanında olmuşlar. Beləliklə iş materiallarında olan fotoşəkillərdən də aydın görünür ki, 90AC333/90AC334 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi anbarın arxa girişində dayanmışdır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar