Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1316/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 13 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (rəisi X5) inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, 2017-ci ildən “Təndir manqal” restoranını icarəyə götürüb fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşqul olmağa başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X15 Sərvətlər İdarəsinin (rəisi X5) inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı görə törətməyə görə barəsində tənbeh növü kimi 2500 (iki min beş yüz) manat məbləğində cərimənin tətbiq olunması qərara alınmışdır. Qərarın surəti ona rəsmi qaydada 22 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsasızdır ona görə də ləğv edilməlidir: İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan qərarla razı deyil. Belə ki, inzibati orqan Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə istinad etsə də, kafenin fəaliyyətində həmin maddənin tələbləri ilə bağlı qanun pozuntusuna yol verilməmişdir. Bununla | hər hansı bir inzibati xətanın törədilməsinə yol verilməmişdir. Qərarda göstərilir ki, guya 18.09.2020-ci il tarixdə kafedə atmosfer havasına atılan tullantıların həddindən artıq olması müəyyən edilmişdir. Bildirmək istəyir ki, pandemiya ilə əlaqədar bir neçə ay idi ki, “Təndir manqal” restoranı işləmirdi və restoranda manqalın tüstü təmizləyən motoru işləmədiyindən onlar restoranda müştərilərə yalnız qazan yeməyi təklif etmişdilər, motor işləmədiyindən kababxananı işlədə bilmirdilər. Əlavə olaraq bildirmək istəyirlər ki, bu kafedə neçə-neçə insanlar işləyir, buradakı iş yerlərindən qazandıqları gəlirlərlə ailələri dolandırır. Biz bu çətin vaxtlarda iş yeri açmış və insanlara xidmət edirdilər. İnzibati orqan cərimə tətbiq edərkən tətbiq edilən cərimənin dolayısı ilə kafenin fəaliyyətinin dayandırılmasına səbəb ola biləcəyini nəzərə almalı idi, lakin təəssüf ki, bu amillərin heç biri nəzərə alınmamışdır. Sonuncu dəfə 18.09.2020-ci il tarixdə saat 20.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Xəzər adlı əməkdaşı resto rana gəlmiş, manqal işləmədiyi halda onlar manqala kabab qoydurmuş, dəfələrlə manqalın işləmədiyini, artıq icarə müddətinin bitdiyini və restoranı təhvil vermək ərəfəsndə olduğunu də əlində olan aparatla çöldən havanı yoxlamış və havada zəhərin normadan artıq olduğunu bildirmişdir. 1.3. Bununla da, İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, barəsində inzibati xəta iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. İXMnin 78-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatın inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta da işə əlavə edilir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan müddəalarının ziddinə olaraq MN seriyalı, ******* lr nömrəli, 13 oktyabr 2020-ci il tarixli protokol tərtib edilərkən eləcə də xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun iştirakı təmin olunmamış, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı malınmamış, eləcə də ona protokolla tanış olmaq və onun məzmunu barədə mülahizələrini, sübutlarını təqdim etmək imkanı yaradılmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin 53-cü maddəsinin də kobud pozuntusuna yol verilmişdir. Həmin maddədə göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan göründüyü kimi, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin bir sıra maddələrinin kobud pozuntusu ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 84.1- ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki hallarrın araşdırılmaması, hakimin səlahiyyətli orqan (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yeririlməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və m araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, səlahiyyətli orqan yuxarıda sadalanan maddələrin tələblərinə məhəl qoymayaraq, ona münasibətdə İXM-nin 192.4-cü maddəsinin məzmununa uyğun hər hansı əsaslandırma apara bilməmiş inzibati xəta hadisəsi tərkibi olmadan qanunsuz olaraq barəsində inzibati tənbeh növü tətbiq etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında qərarı müdafiə edərək göstərdi ki, “Təndir Manqal” restoranı Səbail rayonu Nizami küçəsi 70 ünvanında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanında fəaliyyət göstərdiyini, “Təndir manqal” restoranının fəaliyyəti zamanı rəhbərin iştirakı ilə aparılan ölçmə zamanı atmosferə atılan tullantıların həddinin normadan artıq olması müəyyən edilmişdir, ona görə də inzibati tənbeh tətbiq edilmişdir, göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 göstərmişdir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanında Səbail rayonu Nizami küçəsi 70 ünvanında yerləşən “Təndir Manqal” restoranını anası X9 işlətməmişdir və həmin restoranın X6 heç bir aidiyyəti yoxdur. Həmin restoranı əvvəllər 2017-ci ildə anası işlətmiş, lakin 07.06.2018-ci ildək həmin restoranı anası işlətsə də, bu tarixdən sonra restoranı anası yox o, işlətmişdir. Belə ki, Səbail rayonu ünvan 1 ünvanında yerləşən “Təndir Manqal” restoranını 07.06.2018-ci il tarixli notariat qaydada bağlanmış icarə müqaviləsinə əsasən X7 07.06.2021-ci il tarixədək icarəyə götürmüşdür. Həmin restoranı o işlətmişdir, lakin sonradan işləri yaxşı getmədiyi üçün fəaliyyətini dayandırmışdır. Bununla belə obyektin sahibi ilə aralarında bağlanan müqaviləni ləbv elətdirmək istəsə də, obyektin sahibi Azərbaycanda olmadığıdan, hərdən həmi obyektə gedib baş çəkmişdir. 18.09.2020-ci il tarixdə anası Nailə Əsədova ilə orada olarkən Ekologiyanın əməkdaşları ora gəlmiş, restoran işləməmiş və manqalda köz olmamış, manqal ümumiyyətlə yandırılmamışdır. Lakin Ekologiyanın əməkdaşları onlardan xahiş etmişlər ki, manqala kömür qoyub yandırsınlar, manqalda ölçmə aparacaqlar, onlar da Ekologiyanın əməkdaşlarının sözünə görə manqala kömür qoyub yandırmışlar. Bundan sonra Ekologiyanın əməkdaşları oradan çıxıb getmişlər, sonradan xəbər tutmuşlar ki, anasına cərimə yazmışlar. Halbuki həmin obyektin icarə müqaviləsi və VÖEN-i anasının yox, onun adınadır. Və restoran yaxşı işləmədiyi üçün sonradan VÖENini də bağlatmışdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərara əsasən “Təndir manqal” restoranının fəaliyyəti zamanı rəhbərin iştirakı ilə aparılan ölçmə zamanı atmosferə atılan tullantıların həddinin normadan artıq olması müəyyən edilmişdir. Buna görə X9 İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə həmin qərarla 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. Həmin qərar 18.09.2020-ci il tarixli MN0264132 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin qərardan əvvəllər də X9 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 3(004)–3392/2020 saylı qərarı ilə şikayət təmin edilərək, onun barəsində İXM-nin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi MN ******* nömrəli, 13.09.2020-ci il tarixli qərarı ləğv edilmiş və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 3(103)–755/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin 13.09.2020-ci il tarixli qərarı ləğv edilərək, iş materialları işə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 2-ci bəndinə əsasən bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyatı yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Səhiyyə Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Səhiyyə Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat və Səhiyyə Nazirliyinin razılığının alınmasına dair məsələ araşdırılmamışdır. Beləliklə hesab edirəm ki, iş üzrə hərtərəfli, tam və obyektiv nəticəyə gəlinməsi üçün yuxarıda qeyd olunan xüsusatlar ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olubolmaması müəyyən edilməlidir. Hazırda həmin işə yenidən baxılarkən iş materiallarına əlavə edilmiş, sənədlərdən görünür ki, ümumiyyətlə X9 həmin inzibati xətanın subyekti deyildir, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Belə ki, iş üzrə müəyyən edilir ki, GOOGLE MAP intertet şəbəkəsindəki məlumata əsasən, həm də şikayətçinin və şikayət verilən orqanın nümayəndəsi X8 bildirdiklərinə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, “Təndir Manqal” restoranını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanında olmaqla, Səbail rayonu Nizami küçəsi 70 ünvanında yerləşir. İş materiallarında olan X12 ilə X14 arasında bağlanmış 07.06.2018-ci il tarixli notariat qaydada bağlanmış icarə müqaviləsinə əsasən Səbail rayonu ünvan 1 ünvanında yerləşən “Təndir Manqal” restoranını 07.06.2021-ci il tarixədək Faiq Bəndəliyev tərəfindən icarəyə götürülmüşdür. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05.07.2021-ci il tarixli məktubuna əsasən Səbail rayonu ünvan 1 ünvanında yerləşən obyekt üzrə Faiq Bəndəliyev 03.01.2019-cu il tarixdə vergi uçotundan çıxarılmışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 3(103)–755/2021 saylı qərarındakı araşdırılması vacib oan hallar araşdırılması üçün sorğular verilmişdır. Həmin sorğulara cavabd kimi Səhiyyə Nazirliyinin 05.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, havaya atılan tullantıların qatılıq həddinin yoxlanılması (monitorinqi) üçün Səhiyyə Nazirliyindən icazə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyinin 29.06.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, “Təndir manqal” restoranında yoxlamanın keçirilməsinə razılıq verilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edilməmişdir. Belə olduğu təqdirdə həm yuxarıda qeyd edildiyi kimi “Təndir manqal” restoranın rəhbəri Nailə Əsədova olmadığından onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilmir. Həm də “Təndir manqal” restoranında aparılmış yoxlama Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, 3(103)–755/2021 saylı qərarında qeyd edildiyi kimi Səhiyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin razılığı alınmadan aparıldığı üçün, belə bir yoxlama əsasında toplanmış sübut qanuni yolla toplanmış sübut hesab edilə bilməz. Həmin sübutlar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün istifadə edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilən hallar araşdırılması nəticəsində müəyyən edilir ki, həmin qərarda göstərildiyi kimi yoxlamanın aparılması üçün lazım olan dövlət qurumlarından icazələr alınmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X13 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 13 oktyabr 2020-ci il inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1316/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1316/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver