Məhkəmə qərarları › İş №3(004)-1319/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1319/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1319/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 20.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 20.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 20.04.2021-ci il tarixli qərardan şikayəti qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürməklə vermiş və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatəti işə əlavə etməmişdir. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X4 oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 20.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. Poçt göndərişlərinin izlənməsi barədə portaldan çıxarışdan məlum olur ki, qərarın surəti 03.05.2021-ci il tarixində İlham Paşazadəyə çatdırılmışdır. X1 həmin qərardan şikayəti isə 01.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 20.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 20.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar