Məhkəmə qərarları › İş №3(004)-1320/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1320/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1320/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polisi İdarəsinin MMX 923440 saylı, 21.10.2014-cü il tarixli, CYP 618541 saylı, 17.12.2014-cü il tarixli, CYP 618541 saylı, 17.12.2014-cü il tarixli, MMX 435099 saylı, 13.05.2014-cü il tarixli, MMX 419196 saylı, 15.05.2014-cü il tarixli, MMX 334785 saylı, 03.04.2014-cü il tarixli, MMX 259332 saylı, 15.02.2014-cü il tarixli, KYP 235981 saylı, 14.02.2016-cı il tarixli inzibati xəta haqqında protokolların qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollardan şikayət etmişdir və protokolun ləğv edilməsini xahiş edir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Həmçinin şikayətdə qoyulmuş tələbə, yəni protokoldan şikayətə şikayət qaydasında baxmaq üçün İXM-də digər bir orqan da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Bundan əlavə şikayətdən görünür ki, bir neçə protokoldan şikayət edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Ona görə də həmin protokollardakı inzibati xətalar əgər ayrı-ayrı rayon ərazilərində törədilmişdirsə, həmin ərazilər üzrə rayon məhkəmələrinə hər bir qərardan ayrılıqda şikayətlər edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar