Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1320/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15 Şöbəsinin nümayəndəsi X3, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi (RPİ) X15 Şöbəsinin (DYPŞ) 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Yasamal RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixdə istifadəsində olan 99-H-930 qeydiyyat nişanlı “Kawasaki VN1600F” motosikılı Bakı şəhəri, Hüseyn Cavid pr. 153 (Elmlər akademiyası metrosu, Qoç Ət restoranın yanı), 295 saylı DYP ekipaj onu saxlamış, inspektorlardan biri motosiklın səsli olduğunu bildirmiş və cərimə meydançasına getməyini tələb etmişdir. O motosiklı cərimə meydançasına sürmüş, orada hər iki inspektor, motosikla oturub qaz verərək video çəkmişlər və kiməsə telefonla göndərmişlər. Heç bir İnzibati protokol və duracağa təmin olunması barədə protokol ona təqdim olunmamış, sadəcə sabah Yasamal RDYPİ-nə gəlməyi deyilmişdir. Motosiklın sahibi X9 295 nömrəli ekipajın hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş və iş Baş Prokurorluğun Cinayət Təqibindən Kənar icraatlar İdarəsində Elşad müəllimə həvalə olunmuşdur. Elşad müəllim, İnzibati Xəta haqqında və duracağa təmin olunma protokollarının tərtib edilməməsi və motosiklı yüksək qaz verməklə video çəkib kiməsə göndərmək kobud qanun pozuntuları olduğunu bildirmiş və ən əsası bildirmişdir ki, “Kawasaki VN1600F” modelinə hansısa avadanlığın quraşdırılması və ya səsboğucu sisteminə müdaxilə edilməsi haqqında ancaq “Kawasaki” Rəsmi servisinin rəyi sübut kimi sayıla bilər, “Kawasaki” motosikılların Azərbaycanda Rəsmi Servisi olmadığından və belə bir rəyin olmadığı halda İXM 342.3-cü maddəsi üzrə tərtib olunan protokol ləğv olunmalıdır. Bundan sonra o 60 manat pul ödəməklə motosikılı duracaqdan çıxartmışdır. Barəsində tərtib edilmiş protokol və qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna olunan şikayətlə bağlı Yasamal RDYPİ-nin əməkdaşlarının verdiyi sözə görə İnzibati xəta haqqında protokol və qərar üzrə ona heç bir sübut və dəlil təqdim edilmədiyinə görə, 342.3 maddəsinidə irəli sürülən ittiham əsassızdır. Ona görə ki, Motosikl Xüsusi texnika sayılır (traktor, yerqazan, asfalt çəkən və s.), nömrə standartları eynidir, avtomobillərdən fərqlidir, motosiklların səsboğucu sistemi avtomobillər kimi deyil (katalizator olmur, çox qısa olur max. 1 metr). Ona görə də motosikllarda Avro standartları olmur və Azərbaycana idxalında ilinə görə heç bir məhdudiyyət yoxdur. 99-H-930 dövlət qeydiyyat nişanlı “Kawasaki VN1600F” motosikılı isə köhnə yanacaq vermə sistemi - karbüratorla təchiz olunmuşdur. “Kawasaki VN1600F” xx.xx.2024 cü ildə Azərbaycana ABŞ-dan idxal olunub, gömrük təmizlənməsi edilib, Səs sertifikatı alınmışdır, BDYP idarəsində Texniki baxışdan keçərək qeydiyyat nişanı alınıb. Gömrükdə çəkilən şəkillərdə (şəkillər təqdim olunub) Amerika auksionunda olan şəkillərdə və indi üzərində olan səsboğucu sistemi eynidir. Səsboğucu sisteminə heç bir müdaxilə olunmayıb və dəyişdirilməyib. Yasamal RDYPİ əməkdaşları tərəfindən “Kawasaki VN1600F” 99-H-930 qeydiyyat nişanlı motosiklda səsboğucu sisteminin dəyişdirilməsini necə təyin edilməsinə dair heç bir sübut - dəlil təqdim olunmayıb. xx.xx.2025-ci ildə Yasamal RDYPİ-nin əməkdaşı TP6843663 saylı qərarı çap edib verdikdə, bir daha qeyd etmişdir ki, qərarın ləğv olunması barəsində heç bir etirazları yoxdur, məhkəmədə də bunu bildirəcəklər. Göstərilənləri nəzərə alaraq Bakı şəhər RPİnin DYPŞ-nin tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.3, 332.1 və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15 Şöbəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15 Şöbəsinin nümayəndəsi X7 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə əks etdirin hər hansı foto və ya videogörüntünü eləcədə protokolda qeyd edilmiş faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X4 əməlində İXM-in 342.3, 332.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPŞ tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 23 avqust 2024-cü tarixdə saat 20:03-də “Kawasaki VN1600F” markalı 99-H-930 dövlət qeydiyyat nişanlı motosiklla Bakı şəhəri, Yasamal rayonu ərazisində İXM-nin 342.3, 332.1 və 342.2.2-ci maddələrinin tələblərini pozduğuna görə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 342.3, 332.1 və 342.2.2-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.3-cü maddəsinə əsasən Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Qeyd edilən 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 23 avqust 2024-cü il tarixdə X2 “Kawasaki VN1600F” markalı 99H930 dövlət qeydiyyat nişanlı motosiklı idarə edərkən “X12” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.3, 332.1 və 342.2.2-ci maddələrində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15i Şöbəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, X4 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin olunsun. X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15i Şöbəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X15i Şöbəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1320/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1320/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver